"Şuşa xatirələri" adlı tədbir keçirildi.
"Şuşa xatirələri" adlı tədbir keçirildi.
Xocavənd rayon Mədəniyyət evində 2022-ci ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şuşa İli” elan edilməsi ilə bağlı "Şuşa xatirələri" adlı tədbir keçirildi.
Tədbirdə Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olmasından danışıldı. Qeyd edildi ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etməsindən, Şuşa qalibiyyətinin tariximizə Zəfər Günü kimi həkk olunmasından bəhs edildi. Tədbirin sonunda iştirakçıların Şuşa xatirələri dinlənildi.