Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu 21 aprel 2022-ci ildə Xocavənd qəsəbəsi sakinləri ilə keçirdi.

22 aprel 2022 | 16:00

     Xocavənd Rayon  İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu  21 aprel  2022-ci ildə Xocavənd qəsəbəsi  sakinləri ilə  keçirdi.
    Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, rayonun hüquq mühafizə, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir.
Səyyar qəbulda iştirak edən qəsəbə  sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işğaldan azad olunmuş ərazilərdə Şəhidlərin məzarına ziyarətlər, su  təchizatının verilişi ilə bağlı məsələlər üstünlük təşkil edib.
    Eyvaz Hüseynov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
   Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər