Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyun 2022-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətində yeni prokurorun təqdimatı olub.

14 iyun 2022 | 10:53
14 iyun 2022-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətində yeni prokurorun təqdimatı olub. Təqdimat mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik prinsiplərin inkişaf etdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolundan bəhs edib və Taleh Osmanova bu şərəfli, məsuliyyətli işdə uğurlar arzulayıb. Tədbirdə çıxış edən hüquq mühafizə orqanlarının rəhbərləri də Xocavənd rayonunun yeni prokuroru Taleh Osmanovu təbrik ediblər.
Çıxış edən Xocavənd rayon prokuroru, ədliyyə müşaviri Taleh Osmanov təbriklərə görə təşəkkür edib, ona göstərilən etimadı doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.
Keçidlər