Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Voleybol üzrə rayon birinciliyi keçirilmişdir.

06 may 2014 | 15:00

Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının  10 aprel 2014-cü il tarixli  27 nömrəli  sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq 04-05 may 2014-cü il tarixlərdə Xocavənd qəsəbəsində  Salakətin kənd tam orta məktəbin idman zalında Azərbaycan xalqının Ümummilli lideri  Heydər Əliyevin  anadan olmasının 91-ci ildönümünə həsr  olunmuş Voleybol üzrə rayon birinciliyi keçirildi. Ümummilli lider  Heydər  Əliyevin anadan olmasının  91-ci ildönümünü qeyd etmək, əhalinin asudə vaxtını səmərəli təşkil etmək, idmanın voleybol növünü kütləviləşdirmək, rayon çempionunu aşkar etmək məqsədi ilə keçirilən yarışda 8 komanda,  90 nəfər iştirak etmişdir.  Yarışda 1-ci yerə Tuğ kənd komandası, 2-ci  yerə Rayon Polis Şöbəsinin komandası, yeri 3-ci yerə UGİM komandası layiq görüldü..  Birinciliyin qalibləri diplomla təltif olundu, hədiyyələrlə mükafatlandırıldılar. 

Keçidlər