Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

07 may 2014 | 15:00

Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli  27 nömrəli  sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq 05-06 may 2014-cü il tarixlərdə Xocavənd qəsəbəsində  Xocavənd rayon Mədəniyyət evində Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının   91-ci ildönümünə  həsr olunmuş məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının  91-cı ildönümünü qeyd etmək,  şahmatın  inkişafına və  kütləviliyinə nail olmaq, şahmatçıların ustalıqlarını artırmaq və təkmilləşdirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 75  şahmatçı iştirak etmişdir. Birinciliyin qalibləri diplomla təltif olunmuş, qiymətli xatirə hədiyyələrilə mükafatlandırılmışdır. 

Keçidlər