07 may 2014-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
07 may 2014-cü il tarixdə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət Evində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Xocavənd Rayon Təşkilatı və Gənclər və İdman idarəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ryon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Liderin abidəsi önünə tər gül dəstələri qoymuş, sonra tədbir Rayon Mədəniyyət Evində Azəbaycan Respubliikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə ilk öncə çıxış edən Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Məhəmmədəli Bayramov Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan geniş söhbət açmışdır. Natiq çıxışında Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursunun müəyyənləşdirildiyini, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlərin qurulduğunu qeyd etmişdir. Həmçinin tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasını, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasını diqqətə çatdırmışdır. Başçı eyni zamanda XX əsrdə ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyətin, türk dünyası qarşısında əvəzsiz xidmətləri, Heydər Əliyevin zəngin, peşəkar dövlətçilik prinsipi barədə iştirakçlara ətraflı məlumat vermişdir. Tədbirdə Rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliev çıxış edərək bildirmişdir ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Həmçinin natiq çıxışında Ulu Öndər Heydər Əliyevin banisi olduğu gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən ziyalılar 1990-cı illər hadisələrində Ulu Öndərin Azərbaycan xalqını böyük bəlalardan eləcə də ölkəmizdə baş verə biləcək vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini iştirakçıların diqqətə çatırmışlar.