07 may 2014-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Xocavənd rayonunda ümumrespublika ənənəvi kitab bayramı keçirildi.
07 may 2014-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Xocavənd rayonunda ümumrespublika ənənəvi kitab bayramı keçirildi. Tədbirdə, ziyalılar, rayon sakinləri, fəal gənclər iştirak edirdilər. Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə keçirilən ənənəvi kitab bayramı Xocavənd rayon mərkəzi kitabxanasında təşkil olundu. İştirakçilar kitabxananın həyətində, açıq səma altında müxtəlif mövzularda olan kitab sərgisi ilə tanış oldular. Burada ümummlili lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, yeni nəşrlər, uşaq ədəbiyyati, “Dünya ədəbiyyatı kitabxanası” seriyasi ilə çap olunmuş kitablar, Azərbaycan respublikasi prezidentinin sərəncamı ilə çap olunmuş latın qrafikalı ədəbiyyat nümayiş olunurdu.