Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda möhtəşəm gül bayramı keçirilmişdir.

11 may 2014 | 15:00

Xocavənd rayonunda  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin    abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Bayram tədbiri  Xocavənd qəsəbəsində yerləşən parkda   davam edib.  Bu əlamətdar bayramla əlaqədar  parkda  lazımi abadlıq işləri aparılmış, park başdan-başa  güllərlə bəzədilmiş, müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan  rəngarəng tablolar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmişdir. Orta məktəb şagirdlərinin, körpə fidanların ulu öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin tər güllərdən hazırladıqları portretləri, müxtəlif süjetli gül kompozisiyaları  sərgiyə tamaşa edən Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri  tərəfindən  maraqla qarşılanıb. Bayram tədbiri Rayon Mədəniyyət evinin hazırladığı  bayram konserti ilə davam etmişdir.

Keçidlər