Beynəlxalq Ailə günü münasibəti ilə bayram şənliyi keçirilmişdir.
“Beynəlxalq Ailə günü”nün təntənəli şəkildə qeyd olunması münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının 8 aprel 2014-cü il tarixli 26 saylı sərəncamına əsasən Tədbirlər planı hazırlanmış və təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, təhsil müəssisələrində “Mənim ailəm: şəkildən həyata” adlı foto şəkil və rəsm, eyni zamanda yuxarı sinif şagirdləri arasında “Həyat ailədən başlayır” adlı inşa yazı müsabiqələri keçirilmişdir. 15 may 2014-cü il tarixdə isə yekun tədbir olaraq Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət evində Ailə bayramı keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakıyla keçirlən bayram şənliyində Mədəniyyət və Turizm şöbəsinin kollektivi tərəfindən hazırlanmış rəngarəng konsert proqramı təqdim olunmuşdur.