Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günü münasibətilə sərbəst güləş idman növü üzrə Xocavənd rayon açıq birinciliyi keçirilmişdir

15 iyun 2023 | 10:30
“Heydər Əliyev ili” çərçivəsində 15 İyun Milli Qurtuluş Günü münasibətilə sərbəst güləş idman növü üzrə Xocavənd rayon açıq birinciliyi keçirilmişdir
2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq iyun ayının 16-da sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Açıq rayon birinciliyi Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarış Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilərək başlamışdır.
Yarışın açılış mərasimində çıxış edənlər 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan edildiyini, bu münasibətlə Respublikanın hər yerində olduğu kimi Xocavənd rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd ediblər. Ulu Öndərin idmana qayğısından danışan natiqlər ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Heydər Əliyev ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük qayğı göstərib. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasi strategiyası Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Yarışlar gərgin idman mübarizəsi şəraitində keçdi. 65-ə yaxın idmançının iştirak etdiyi yarışda 10 çəki dərəcəsində I,II,III yer tutan idmançılar diplom və medallarla təltif edildi.
Keçidlər