15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş intellektual yarış keçirilmişdir.
12 iyun 2024 | 14:52
15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş intellektual yarış keçirilmişdir.
12 iyun 2024-cü il tarixdə 146 ailəlik Xocavənd qəsəbəsində Qaradağlı kənd tam orta məktəbin akt zalında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş intellektual yarış keçirilib.Yarış YAP Xocavənd Rayon Təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil idarəsinin Xocavənd sektorunun birgə təşkilatçılığı ilə keçirilmişdir.
Əvvəlcə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov çıxış edərək bildirmişdir ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Digər çıxış edənlər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdiyini, ömür yolu doğma Vətənə xidmət nümunəsi olduğunu bildirdilər. Sonda İntellektual yarışın iştirakçılarına uğurlar arzuladılar.
Yarışda ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərindən hər birində 6 nəfər olmaqla 6 komanda, ümumilikdə isə 36 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
Gərgin və maraqlı bilik mübarizəsi şəraitdə keçən yarışın sonunda Salakətin kənd tam orta məktəbin “Xarı bülbül” komandası I yer, Salakətin kənd tam orta məktəbin "İstiqlal" komandası II yer, Qaradağlı kənd tam orta məktəbin "Bayraq” komandası lll yerə layiq görülüb
Qalib komandalar diplom və medallarla təltif edilib.