Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2023-cü il tarixdə “Bilik günü” münasibətilə 146 ailəlik qəsəbədə yerləşən Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində bayram tədbiri keçirilib.

15 sentyabr 2023 | 17:45
  15 Sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə Qaradağlı kənd tam orta məktəbində keçirilən bayram tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak edib.
  15 sentyabr 2023-cü il tarixdə “Bilik günü” münasibətilə 146 ailəlik qəsəbədə yerləşən Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində keçirilən bayram tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdraəsinin Xocalı-Xocavənd sektorunun əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak ediblər.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin Xocavənd rayonu üçün uğurlu olduğunu diqqətə çatdıran cənab Başçı ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. Eyvaz Hüseynov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
  Başçı böyük qürur hissi ilə bildirib ki, 30 ildən sonra xalqımız erməni tapdağı altında inildəyən Qarabağ torpağını Ali Baş Komandanın rəhbərliyi və igid oğullarımızın canı, qanı bahasına işğaldan azad edib. Bu gün Qarabağda yeni tikilmiş məktəblərdə Bilik Günü qeyd edilir.
Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar və “İlk zəng”in səslənməsi ilə davam etdi.
Keçidlər