15 yanvar 2026-cı il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir
15 yanvar 2026 | 10:44
15 yanvar 2026-cı il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir. Görüşdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və vətəndaşlar iştirak etmişdilər. Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifəsi olan “Dəmir yumuruq" əməliyyatı
təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil eyni zamanda, Müzəffər Ali baş Komandanın siyasi və diplomatik mübarizəsi, dünya azərbaycanlılarının həmrəliyinin və birliyinin nümayiş oldu. Nəticədə geçikmiş ədalət bərpa olundu. Bu gün artıq Qarabağ azadır. Orada abadlıq quruculuq işləri davam etdirilir, insanlar öz doğma yurd-yuvalarına köçməyə başlayır. Başçı 2025-ci il sentyabrın 14-də xocavəndlilərin öz yurdlarına ilk köçünün baş tutduğunu hal-hazırdada köçün davam etdiyini qeyd etmişdir.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.






