Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ümumtəhsil məktəblərində “Son zəng” keçirilmişdir

01 iyun 2014 | 15:00

30- 31 May 2014-cü il tarixlərində Xocavənd rayon ümumtəhsil müəssisələrində  “Son zəng” münasibətilə bir sıra tədbirlər həyata keçirilmişdir. Xocavənd rayon “Xocavənd” qəsəbəsində yerləşən Salakətin kənd tam orta məktəbində keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şbəsinin müdiri Əfsanə Quliyeva da iştirak etmişdir. Məzunlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Məktəbin direktoru Rəmziyə Aslanova tədbiri giriş nitqi ilə açaraq on birinciləri məzun olmaları münasibətilə təbrik etdi. Daha sonra çıxış edən on birincilərin sinif rəhbəri Gültəkin Ağayeva və tarix müəllimi   Telli Alıyeva məzunlara öz səmimi arzularını çatdırdı, onlara gələcək həyat yollarında xeyir dualarını verdilər. Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şbəsinin müdiri Əfsanə Quliyeva məzunları təbrik edərək onlara ali məktəblərə qəbul olunma yolunda öz arzularını bildirdi. İnsan həyatında “Son zəng” hadisəsinin əhəmiyyətindən danışarkən  bu günün məzunlarının bir gün öz doğma məktəblərini ali təhsilli, vətənə, millətə yararlı şəxsiyyətlər kimi ziyarət edəcəklərinə ümidvar olduğunu bildirdi. Bu gün Xocavənd rayonunun  yüksək ixtisaslı kadrlara olan ehtiyacından söz açan Əfsanə Quliyeva  bütün məzunları uğurla ali məktəbləri bitirərək rayonumuzun gələcək həyatında fəal rol oynamağa səslədi.  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən birinin məhz gənclərin hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının təşkil etdiyini vurğuladı. Bu baxımdan gənclərə yaradılmış şəraitdən danışdı.
Tədbir məzunların ürək sözlərini söyləməsi və “Son zəngin” səsləndirilməsi ilə başa çatdı.

Keçidlər