Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir .

02 iyun 2014 | 15:00

29 May 2014-cü il tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə Kuropatkin kənd uşaq bağçasında bayram şənliyi keçirilmişdir. Tədbiri bağçanın müdiri Təranə Alışova giriş nitqi ilə açaraq “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü”nün Azərbaycanda qeyd edilmə tarixindən danışdı. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva  bu günün əhəmiyyətini qeyd edərək bildirdi ki, 1 iyun bütün dünyada “Uşaqların Beynəlxalq Müdafiə Günü” kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğulayan  Ə.Quliyeva  qeyd etdi ki, Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Tədbir gələcəyimiz olan balaca fidanların təqdim etdiyi bədii kompozisyanın nümayişi ilə başa çatdı.

Keçidlər