Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilib.

12 iyun 2014 | 15:00

11 iyun 2014-cü  il tarixdə  yeni ailə həyatı quran Nasir Qulyev və  Gülər Əlizadənin nikah mərasimləri  Heydər Əliyev Mərkəzində keçirilmişdir. Mərasim iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin mərkəzdəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzinə daxil olaraq burada Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olublar .Mərkəzin geniş və yaraşıqlı foyesində davam edən nikah mərasimində nikah aktlarını imza edən xoşbəxt cütlüklər həyatlarındakı ən unudulmaz hadisənin müqəddəs bir məbəddə - Heydər Əliyev Mərkəzində keçirilməsindən iftixar duyduqlarını və bu xoş hadisəni heç zaman unutmayacaqlarını sevinclə söyləmişlər. Rayon İcra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva  bəylə gəlini təbrik edərək xoş arzularını bildirmiş və gənc ailəyə  Rayon İcra Hakimiyyəti başçısı  adından  hədiyyə təqdim etmişdir. 

Keçidlər