Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü qeyd edilmişdir.

15 iyun 2014 | 15:00

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Xocavənd rayonunda silsilə tədbirlər keçirilmişdir. 14 iyun 2014-cü il tarixdə Rayon Mədəniyyət evində   “Heydər Əliyev Azərbaycanın  xilaskarıdır” mövzusunda konfrans keçirilmişdir.  Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Lider Heydər Əliyevin  abidəsi önünə tər gül dəstələri qoymuşlar, sonra tədbir Rayon Mədəniyyət Evində Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə çıxış edənlər vurğulamışlar ki,  Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin, bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş,  iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir.   Daha sonra Bayraq meydanında  bayram şənliyi keçirilmişdir. Bayram şənliyində iştirakçılara Rayon Mədəniyyət evi ansanblının təqdimatında bir-birindən gözəl musiqi nömrələri təqdim olunmuşdur. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə 450 nəfər iştirak etmişdir.  

Keçidlər