“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilmişdir .
“26 İyun Narkotiklərlə Beynəlxalq Mübarizə Günü” münasibəti ilə 25 iyun 2014-cü il tarixdə Xocavənd Rayonu İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı (2013-2018-ci illər)”nın müvafiq bəndlərinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı”ndan irəli gələn bir sıra vəzifələrin icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirdə Komissiya üzvləri, rayon ictimaiyyəti, gənclər və məktəblilər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayonu İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Əfsanə Quliyeva narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlətin apardığı siyasətdən, həyata keçirilən tədbirlərdən geniş söhbət açdı.
Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev, Rayon Poliş şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis mayoru Şakir Əhmədov, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Fövzi Tahirov və digər çıxış edənlər narkomaniyanının doğurduğu fəsadlar, insan orqanizminə zərəri və ona qarşı aparılan mübarizədən danışaraq hər kəsi bəşəriyyətın bu təhlükəli bəlasına qarşı birgə mübarizəyə səslədilər.
Tədbirdə gənclər və yuxarı sinif şagirdləri ilə birgə bu sahədə dövlət səviyyəsində aparılan mübarizə üsulları ətrafında maraqlı diskussiya qurulmuş, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda hazırlanmış on dəqiqəlik video-film nümayiş olunmuşdur.