Əsgərlərə görüş keçirilib.
24 iyun 2014-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-ci ildönümü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, Bakı şəhər Veteranlar Şurasının sədri Cahangirov Məhərrəm , Binəqədi rayon Veteranlar Şurasının sədri Hətəmov Telman , Xəzər rayon Veteranlar Şurasının sədri İbrahimov Nüsrət, Nizami rayon Veteranlar Şurasının sədri Ağayev Yəhya , Suraxanı rayon Veteranlar Şurasının sədri Rüstəmov Eldar ,“Azərsun Holding” İdarə Heyətinin sədri Abdolbari Goozal və “Azərsun Holding” Humanitar şöbə müdiri Rüfət Qasımovla birgə Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir. Görüş zamanı əsgərlərə müxtəlif hədiyyələr təqdim edilmişdir.