Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə xidmətini başa vuran əsgərlərin yola salınması münasibətilə tədbir keçirilmişdir.

02 iyul 2014 | 15:00

Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2 iyun tarixli sərəncamının icrasına başlanıb. Bu məqsədlə Xocavənd rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə  xidmətini başa vuran əsgərlərin yola salınması və gənc əsgərlərin hərbi xidmətə qəbuluna həsr olunmuş təntənəli mərasim keçirilib.Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdən sonra, hərbi hissənin  zabiti Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik-müraciətini şəxsi heyətə çatdırdı.  Tədbirdə iştirak edən Xocavənd  rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov  Vətənin etibarlı müdafiəsində fəal iştirak etmiş döyüşçülərə rayon rəhbərliyi və ictimaiyyət adından minətdarlığını bildirdi və hərbi xidmətini başa vurmuş bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr  təqdim etdi.Daha sonra Sonra hərbi hissə komandiri çıxış edərək hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularını bildirdi.


 

Keçidlər