Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rayon ictimayyəti ilə görüşü keçirilmişdir.

25 iyun 2014 | 15:00

24 iyun 2014-cü il tarixdə  Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri  Kamal Abdullayevin rayon ictimaiyyəti ilə görüşü keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ağsaqqallar şurasının üzvəri, yerli icra nümayəndələri ,kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirdə  Azərbaycanda etnik-dini durum, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri müzakirə olunub. Kamal Abdulla ölkə rəhbərliyi tərəfindən dövlət - din münasibətlərinə xüsusi həssaslıqla yanaşıldığına diqqət çəkib, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti, təbliği və təşviqi istiqamətində reallaşan dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər haqqında danışıb, müxtəlif layihə və proqramlar barədə söz açıb.

Keçidlər