Şriftin ölçüsü :

Saytın rəngi :

16 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir

16 aprel 2026 | 09:24
“ Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
16 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri çıxış sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov bildirdi ki, 2026-cı il “Memarlıq və Şəhərsalma İli” olaraq elan edilib və bu çərçivədə keçirilən tədbir, memarlıq və şəhərsalma sahələrindəki yenilikləri, inkişaf istiqamətlərini müzakirə etməyə imkan yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində mühüm layihələr həyata keçirilir, şəhərlərin müasir standartlara uyğun inkişafı istiqamətində ardıcıl işlər görülür. Qeyd olunub ki, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri Azərbaycanın davamlı inkişafının göstəricisidir. Memarlıq və şəhərsalma ili çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi, şəhər planlaşdırılması və memarlıq sahələrindəki müasir yanaşmaların və innovasiyaların tətbiqini dəstəkləmək, həmçinin bu sahələrdəki inkişafları izləmək və müzakirə etməkdir. Bu il həmçinin, əhalinin şəhərsalma və memarlıq sahəsindəki təcrübə və biliklərinin artırılmasına xidmət edir. Memarlıq və şəhərsalma sahəsində atılan hər bir addım, cəmiyyətin həyat keyfiyyətini artırmağa, şəhərləri daha yaşanabilir və ekoloji cəhətdən davamlı etməyə xidmət edir.
Daha sonra Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Şəmistan Gülmalı “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, həyata keçirilən layihələr şəhərlərin daha müasir və rahat yaşayış məkanlarına çevrilməsinə xidmət edir. İnsanların həyatını daha keyfiyyətli etmək üçün şəhər və məkanların düzgün planlaşdırılması, müasir memarlıq layihələrinin yaradılması, ekoloji və texnoloji yeniliklərdən faydalanmaq vacibdir. Ekoloji təmiz və davamlı memarlıq yanaşmalarının Xocavənddə tətbiqi, rayonun təbii resurslarının qorunması və ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyət daşıyır. Bu yanaşmalar, Xocavəndin inkişafını daha davamlı və yaşanılası edəcək. Xocavəndin zəngin tarixi və mədəni irsinin qorunması, yeni şəhərsalma layihələrində mühüm yer tutur. Tədbirdə, rayonun tarixi abidələrinin bərpası və modern memarlıqla uyğunlaşdırılması barədə geniş müzakirələr aparılıb.
Keçidlər