Şriftin ölçüsü :

Saytın rəngi :

16 may 2024-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

16 may 2024 | 17:52
  16 may 2024-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  16 may 2024-cü il tarixdə 320 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar qəbulu keçirmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali baş Komandan İlham Əliyevin düzgün siyasəti və Müzəffər Ordumuzun əzmkarlığı nəticəsində Ermənistan işğalında olan torpaqlarmız geri alındı. Bu tarixi zəfər təkcə Azərbaycan xalqının otuz illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Azad olunduqdan sonra bərpa və yenidənqurma işləri aparıldı. Nəhayət, otuz iki ildən sonra şuşalılar doğma torpaqlarına geri qayıtdılar.
  10 may tarixində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağın incisi Şuşaya səfər etdi. Məhz səfər və ziyarət üçün 10 may tarixinin seçilməsi də xüsusilə əlamətdardır. Hər birimiz yaxşı xatırlayırıq ki, 8 Noyabr – Şuşa şəhərinin işğaldan azad olunduğu gün Prezidentimiz Ulu Öndərin məzarını ziyarət edərək, xalqa qələbə müjdəsi verərkən ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdi. Öndərin bir gün bu şəhərin azad olunacağı ümidini özü qədər inandığı Müzəffər Ali Baş Komandan reallaşdırdı.
  Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular. Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Prezidentimiz görüşdə çıxış etdi.
  Dövlət başçısı bu səfərində hər zaman olduğu kimi qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmət və ehtiramla yad edərək bir daha igidlərimizin göstərdiyi şücaətdən, keçdikləri döyüş yolundan bəhs etdi. Hərbçilərimizin istər İkinci Qarabağ müharibəsində, istərsə də keçən ilin 19 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində göstərdikləri yüksək qəhrəmanlığı xatırlatdı.
  Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər