Şriftin ölçüsü :

Saytın rəngi :

“2014-cü ilin birinci yarım ili ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir.

17 iyul 2014 | 15:00

 “Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin iyul ayının 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2014-cü ilin birinci yarım ili ərzində gördüyü  işlər  və  qarşıda duran vəzifələr” barədə

                                                                                                                                                                                                 H E S A B A T

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın davamı olaraq Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım sürətlənmiş, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilmiş, valyuta ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib, dövlət tərəfindən sahibkarlığa maliyyə dəstəyi artırılıb, sosial infrastrukturun yenidən qurulması və digər proqramların uğurlu icrası davam etdirilmişdir. Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının  nəticəsində ölkəmiz qısa müddət ərzində  sürətli inkişaf yoluna qədəm qoymuş,  bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Həyata keçirilən davamlı və düşünülmüş uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2014-cü ilin birinci yarısında da öz dinamik inkişafını təmin etməklə bərabər makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın  şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır.
  Möhtərəm Prezidentin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan və uğurla gerçəkləşdirilən  siyasət nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi  təmin olunmaqla bərabər, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Hesabat dövründə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ümummilli  Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan  enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərləri bu gün ölkəmizə dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkə statusu qazanmışdır.
Ötən illərdə olduğu kimi, cari ilin birinci yarımilində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi və gərgin əməyi  sayəsində mümkün olmuşdur.
İyulun 10-da Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2014-cü ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, ötən dövr ərzində düşünülmüş siyasət və  iqtisadi sahədə aparılan islahatlar əsasında qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı davam etmişdir. Hesabat dövründə həyata keçirilən iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun artımı 2,1 faiz olmuşdur.  Xüsusilə qeyd etmək lazımdır ki, bu artım qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Bu ilin birinci yarısında qeyri-neft sektorunun real artım tempinin 7 faiz səviyyəsində olması onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf  artıq reallığa çevrilmişdir.Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı isə 56,3 faizə çatmışdır.
Cari ilin ilk altı ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir.Ümumilikdə isə ötən dövr ərzində ölkə iqtisadiyyatına 11,5 milyard dollar həcmində investisiya qoyulmuşdur.
2014-cü ilin birinci yarımilində inflyasiya cəmi 1,6 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf  insanların  rifah  halının daha da yaxşılaşmasına xidmət göstərir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir.Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcəkdir. Birinci yarımildə də əhalinin gəlirlərinin artması tempi davam edərək ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Ötən dövr ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da  artacaqdır.
2014-cü ilin  birinci yarımilində ölkəmizin milli inkişafı və ixrac coğrafiyasının ildən-ilə artması strateji valyuta ehtiyatlarının həcminin yüksəlməsinə səbəb olub və hazırda valyuta ehtiyatlarının həcmi 54 milyard dolları ötüb. Bu, çox yüksək göstərici olmaqla bərabər həm də ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır
Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.
Cari ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir.Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir. Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir.
Dövlət başçısı tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də  ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir.Cari ilin birinci yarımilildə sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.
Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. Kiçik sahibkarlıqla məşğul olan şəxslərin güzəştli kreditlərə birbaşa çıxış imkanlarını təmin etmək üçün kredit ittifaqları ilə əməkdaşlıq genişləndirilir və xüsusilə regionlarda belə maliyyə qurumlarının yaradılması davamlı surətdə təşviq olunur. Sosial-iqtisadi inkişaf strategiyanın mühüm tərkib hissəsi olaraq sahibkarlığın inkişafı və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində növbəti addım kimi mart ayında cənab prezident tərəfindən  imzalanmış  Fərmanın icrası ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına birbaşa təsir edən istiqamətlər üzrə prosedurları, vaxt sərfini və məsrəfləri azaltmaqla, ölkəmizin investisiya cəlbediciliyini artıracaqdır.
2014-cü ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası davam etdirilərək hesabat dövrü ərzində kənd təsərrüfatı sahəsində 6 faizdən çox artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam  etdirilmişdir. Cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir.Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur. Digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir.
Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. Ümumilikdə isə 2003-cü ildən bu günə qədər-bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, dünyanın reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir. Heç də təsadüfi deyildir ki, mötəbər beynəlxalq qurum olan Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu ölkəmizdə gedən iqtisadi prosesləri təqdir etmiş, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək dünya üzrə 39-cu yerdə yerləşdiribdir.Bununla yanaşı Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.
2014-cü ilin ilk yarımilində ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində xüsusilə “Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. Avropanın ən böyük infrastruktur layihələri olan bu layihələrin icrası ilə bağlı ilkin tenderlər elan edilmiş, TANAP layihəsinin icrasına başlanılmışdır. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihələrin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi,“bu üç layihə - Şahdəniz-2, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır”.
Azərbaycanda dinamik iqtisadi uğurların əldə olunmasında iqtisadiyyatın şaxələndirilməsi tədbirləri ilə yanaşı, korrupsiyaya qarşı mübarizə,şəffaflığın və hesabatlılığın təmini sahəsində gerçəkləşdirilən islahatların da əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Ölkə prezidentinin siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilmiş,dünyada analoqu olmayan, vətəndaş məmnunluğuna xidmət edən “ASAN xidmət” layihəsi bunun əsas təzahürüdür. Dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də sosial-iqtisadi mühitin yaxşılaşdırılmasına öz mesbət təsirini göstərir. 
2014-ci ilin “Sənaye ili” elan edilməsi haqqında cənab Prezidentin Sərəncamına əsasən Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür. Ümumilikdə, ötən 6 ayda qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artmışdır.
Əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  xüsusi diqqət və qayğısı nəticəsində, ötən hesabat dövründə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuş və cari ildə də təxminən 20 min köçkünün həm Bakıda, həm də bölgələrdə yeni evlərə, mənzillərə köçürülməsi prosesi davam etdiriləcəkdir.
Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. İstər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır və ordu günündə, həmçinin bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Eyni zamanda, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə uğurlu xarici siyasət davam etdirilmişdir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir və Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər”.
Milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi və ən başlıcası vətəndaş cəmiyyətinin qurulması ölkə Prezidentinin fəaliyyətinin  prioritet istiqamətlərindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin real gəlirlərinin artmasına, yoxsulluğun aşağı salınmasına, məşğulluğun gücləndirilməsinə, əmək resurslarından səmərəli istifadə olunmasına, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulmasına, əhaliyə ödənişlərin artırılmasına yönəlmiş sosial siyasəti 2014-cü ilin birinci yarısında da uğurla davam etdirilmişdir.Cari  ilin birinci yarısında aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin qaldırılması və sosial yardımların ünvanlılığının təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Bu dövrdə respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2300 nəfər az olmaqla, normal azalma meylini özündə əks etdirir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olmuş və ya son bir ildə 10,5 faiz artmışdır.
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifah halının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisini və xalqımızın rifahını yüksəldir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin davamı olaraq bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticələrini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir.
Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, “Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”na əlavələrdə  nəzərdə tutulmuş bəndlərdə rayonun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin  tikinti işləri artıq  başa çatdırılmış, hal hazırda tamamlama işləri aparılır.
Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 
“2013-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran  vəzifələr barədə” 06 fevral 2014-cü il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan  və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq  Bayraq Meydanının, İdman zalının tikintisi və Xocavənd  qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün işlər davam etdirilir.
       Rayon  Məşğulluq  Mərkəzinə 2014-cü ilin birinci yarısı ərzində 47 nəfər (16 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, müraciət edən vətəndaşlardan 42 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 1 nəfərə  işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2014-cü il ərzində  62 yeni iş yeri açılmışdır. Son 11  ildə  rayonda  1299 iş yeri açılmışdır  ki, onlardan 697-i daimi  iş yeridir. 
2014-cü ilin birinci yarımilliyində  rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 3224.7  min manata qarşı 3427.9 min manat yerinə yetirilmişdir ki, bu da proqnozun 106.0 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 345.2 min manat proqnoza qarşı 421.2 min manat icra olunmuşdur ki, proqnozun    122 %-ni təşkil edir.
Xərclərə II rüb ərzində büdcə təşkilatları tərəfindən aşağıdakı kimi əməl edilmişdir.
                                                                                                            
2014-cü ilin  birinci yarım illiyində xərc 5901.9 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 667.8 min manat çox olmuşdur. Orta aylıq əmək haqqı  251  manat təşkil etmişdir.
                                                   
        Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən altı ay  ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 345.2 min  manat proqnoza qarşı 421.2 min  manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş  və proqnoza 122.01  faiz əməl olunmuşdur.
        Altı ay ərzində ayrı-ayrı növ tədiyyələr üzrə daxil olma aşağıdakı kimi olmuşdur.
Büdcəyə vergi və digər daxilolmaların 2013-ci  ilin müvafiq dövrü ilə müqayisədə 76.9 min manat çox olmuşdur.
  “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərir. 2014-cü ilin altı ayı ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, birinci yarımilliyin  yekunlarına görə əldə olunan gəlir proqnozu 165 faiz yerinə yetirilmişdir.
                   
2014-cü ilin altı ayı ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2118 baş, o cümlədən  inək və camışlar 1031 baş, qoyun və keçilər 14496  baş  olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 1260 sentner, süd istehsalı (fiziki çəkidə) 4350  sentner, yumurta istehsalı (min ədədlə) 119 min ədəd, yun istehsalı (fiziki çəkidə) 360 sentner olmuşdur.
  Rayon ərazisində fəaliyyət  göstərən 457 ailə kəndli və ev təsərrüfatları tərəfindən 5450.2 hektar buğda sahəsindən 73577.7 sentner, 518.8 hektar arpa sahəsindən 6536.8 sentner, 10.0  hektar  kartof sahəsindən 1100.0 sentner, 13.5 hektar tərəvəz sahəsindən 1485.0 sentner məhsul əldə olunmuşdur.
Ötən dövr ərzində DSMF-nun Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2014-cü ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 420.1 min manat, o cümlədən 393.5  min manat  büdcə, 26.6 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 393.5  min manata qarşı 419.1  min manat  (106.5%), qeyri-büdcə üzrə 26.6 min manata qarşı  18.5 min manat (69.4%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 104.2 faiz əməl olunmuşdur.
01 iyul 2014-cü il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1134 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1040 nəfəri işləməyən, 94 nəfəri isə işləyən təqaüdçülərdir. Altı ay ərzində   işləyən və işləməyən  əhaliyə  müavinətlərin  ödənilməsi  üçün  1112.7  min  manat  vəsait  xərclənmişdir.
2014-cü ilin birinci yarımilliyində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial  Müdafiəsi  Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və  ünvanlı sosial yardım almaq üçün müraciət edən 77 sakinin sənədləri komissiya tərəfindən yoxlanılmış və  təyinat aparılmışdır. Faktiki 01.07.2014-cü il tarixə 212 nəfər Ünvanlı sosial yardım işi hərəkətdədir.
01 iyul 2014-cü il tarixə  büdcədən mərkəzə sosial müavinət və uşaq müavinətlərinin  ödənilməsi məqsədilə 264266 manat vəsait xərclənmişdir.
      Hesabat dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai olmaqla 17 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar  müəssisə fəaliyyət göstərmişdir.
Cari ildə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə,  mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən ardıcıl proqramlarla uğurla davam etdirilir.   Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir.  Xocavənd rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə  yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  müəyyən işlər  görmüş və bunun nəticəsidir ki, rayon ümümtəhsil məktəblərinin şagirdləri 2014-cü ilin birinci yarısı ərzində respublika miqyaslı müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. 
Xocavənd rayon 2 saylı tam orta  məktəbin X sinif şagirdi Mirzəyeva Aysel Əbülfət qızı Biologiya fənnindən Respublika üzrə III, Heydər Əliyevin 91 illik yubileyi ilə  bağlı keçirilmiş inşa yazı müsabiqəsində Respublika turunda IV,  Salakətin kənd tam orta məktəbinin “Gənc xilasedicilər və yanğınsöndürənlər” komandası zona yarışında 2-ci yerə layiq görülmüşdür.  Həmçinin Xocavənd rayon 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Sultanova Səma Habil qızı “Gənclər günü” münasibəti ilə “Musiqi sənəti sahəsində”, “Hünər” 9-cu Vətənpərvərlik Mahnıları müsabiqəsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar səhnələşdirilmiş kompozisiyanı yüksək səviyyədə canlandırdığına görə Diplom və Fəxri Fərmanla , Salakətin kənd tam orta məktəbin 6-cı sinif şagirdi Quluzadə Nurlan Müşfiq oğlu “Fövqəladə Hallar şagirdlərin gözü ilə” rəsm müsabiqəsində “Fəallıqla iştirakına görə” Təhsil,  Fövqəladə Hallar, Gənclər və İdman Nazirliklərinin Diplomu  və Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli tədrisi və öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur. Xocavənd rayonunda  dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuş və ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan  101 şagirdin  dərslərdə iştirakı təmin edilmişdir.
13 iyun 2014-cü il tarixdə IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və imtahana buraxılmış 148  şagirddən 78  nəfəri yəni 52.7 %-i( Respublika üzrə göstərici 62.4%) 2013-cü ilin müvafiq dövründə 52.4%, XI sinif üzrə isə 101 şagirddən 80 nəfəri, yəni   79.2%-i (Respublika üzrə göstərici 74.11%) 2013-cü ilin müvafiq dövründə 79.6%  müsbət qiymət almışdır.  Buraxılış imtahanlarında 2 saylı,  3 saylı və Əmirallar kənd tam orta  məktəblərinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, Xocavənd 4 saylı tam orta, Tuğ kənd tam orta,  Xocavənd kənd 1 saylı,   Axullu kənd ümumi   və 10 saylı ümumi məktəblərinin  şagirdləri Respublika üzrə göstəricilərlə müqayisədə çox aşağı nəticələr  göstərmişdirlər.
Xocavənd Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdır. Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 31 ali təhsilli müxtəlif ixtisaslı həkim və 103 nəfər orta ixtisaslı tibb işçi çalışır.
Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 70 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 15 saylı sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Hesabat dövrü ərzində ərzində 10991 nəfər tibbi müayinədən yararlanmışdır ki, onların da 7270 nəfəri Rayon Mərkəzi Xəstəxanasının tibbi briqadası tərəfindən müayinə olunmuşdur. Tibbi müayinədən keçənlərin 1748 nəfəri ambulator müalicəyə, 51 nəfər stasionar müalicəyə cəlb olunmuş, 19 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Şöbəsi 1 rayon, 6 kənd mədəniyyət evi, 13 kənd kulubu, 1 rayon, 12 kənd kitabxanası və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir ki, bu müəssisələrdə 200 nəfər mədəni-maarif işçisi çalışır. 2014-cü ilin birinci yarısı ərzində rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
2014-ci ilin birinci yarısı ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsini təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, 2014-cü ilin I yarısı Xocavənd gəncləri üçün uğurlu olmuşdur. Belə ki 08-09 fevral 2014-cü il tarixdə Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə Şəhidlərin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında 3 idmançı I yerə, 2 nəfər isə II yerə, 26 fevral-5 mart 2014-cü il tarixlərində Ağcabədi şəhərində keçirilən “Xocalı soyqırımı”na həsr olunmuş Respublika şahmat turnirində 2 şahmatçı II yerə layiq görülmüşdür. Xocavənd rayon komandaları “Cəsurlar” hərbi-idman və turizm oyununun zona birinciliyi və “Şahin” hərbi idman oyununun zona birinciliyində III yer, “Xəmsə” Milli İntellektual oyunu üzrə Gənclər arasında VII Azərbaycan çempionatının zona seçim turunda I yer, 2014-cü ilin 15-17 mart tarixlərində Bakı şəhərində keçirilən “Hünər” IX Vətənpərvərlik Mahnıları Festivalında Xocavənd rayonunu təmsil edən gənc mahnı ifaçısı isə V yerin sahibi olmuşdur.
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həmçinin idmanın müxtəlif növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda 10 idman klubu yaradılmış və 335 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır.
2014-cü ilin 6 ayı ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin bütün təbəqələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur.
Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, Xocalı və 31 Mart soyqırımlarının ildönümlərinə həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı və bədii qiraət üzrə müsabiqələr keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
Qaradağlı kəndində baş vermiş dəhşət və müsibətlərin , amansızlıqların çox kiçik bir hissəsini özündə əks etdirən “Qanlı nərgiz” adlı bədii kompozisiya nümayiş olunmuş, “Qaradağlı:mübarizə” filmi təqdim olunmuşdur. 21 fevral tarixində isə Qaradağlı faciəsinin və Xocalı soyqırımının törədilməsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının(AVCIYA) və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının əməkdaşlarının iştirakı ilə "Qarabağa doğru" yürüş aksiyası keçirilmişdir.
18 yanavar 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində “Ədalət” qəzetinin baş redaktor müavini, əməkdar jurnalist, şair, publisist Əbülfət Mədətoğlunun 55 illlik yubileyinə həsr olunmuş tədbir keçirilmiş və yubiley tədbirində Milli Məclisin deputatı Aydın Mirzəzadə, tənqidçi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, yazıçı Elçin Hüseynbəyli və digər ziyalılar iştirak etmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinin keçirilməsi haqqında” 10.04.2014 tarixli 27 saylı Sərəncamına uyğun olaraq Ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş voleybol, sərbəst güləş və şahmat üzrə rayon birincilikləri, “Heydər Əliyev Dühası” mövzusunda konfrans, kitab bayramı və 10 may 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Bayraq Meydanında möhtəşəm gül bayramı keçirilmişdir.
Hər il olduğu kimi bu il də Novruz bayramı, 28 May Respublika Günü və 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Dini İşlər üzrə Komissiya hesabat dövrü ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. 24 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rayon ictimaiyyəti ilə görüşü də bu qəbildəndir. Tədbirdə Azərbaycanda etnik-dini durum, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 727 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 347 nəfərini qadınlar, 343 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
           Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası  vətəndaşlarının  həqiqi  hərbi  xidmətə  çağırılması  haqqında müvafiq  Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında»  qanuna  əsasən  2014-cü ilin I yarımili  ərzində Respublikanın ərazi bütövlüyünün qorunması, rayonda  həqiqi  hərbi  xidmətə  çağırışın  mütəşəkkil  keçirilməsi  təmin  edilmişdir.
2014-cü ilin I yarımilində ümumilikdə həqiqi-hərbi xidmətə çağırışın vəziyyəti  aşağıdakı  kimi olmuşdur.  Çağırış yaşlı gənclərin sayı  54 nəfər (2013-cü ilin I yarımili 49 nəfər), o cümlədən  onlardan, həqiqi  hərbi xidmətə  göndərilib  16  nəfər (2013-cü ilin I  yarımili  26), təhsilə  görə  möhlət verilib  24 nəfər (2013-cü ilin I yarımili 19), əlavə  tibbi müayinəyə  göndərilib 14 nəfər  (2013-cü ilin I yarımili 4 nəfər).
Hüquq-mühafizə və digər dövlət qurumları ilə işgüzar əlaqələrin yaranmasının  nəticəsində  rayonda davamlı sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd  Rayon  Polis  Şöbəsinin  şəxsi heyəti əvvəlki illərdə olduğu  kimi  2014-cü ilin I yarımili  ərzində  də  rayon  ərazisində  cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində müvafiq işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını  yerinə  yetirmişdir.  Hesabat dövrü ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq  rayonda  azyaşlılar  arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Ötən dövr ərzində Polis şöbəsinin Qeydiyyat Şəxsiyyət  Vəsiqəsi Qrupu tərəfindən 573 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
Onlardan  174  nəfər  16  yaşa  çatmamış, 166  nəfər 16 yaşın tamam olması ilə əlaqədar, 25 yaşın tamam olması ilə əlaqədar 112 nəfər, 35  yaşın tamam olması  ilə  əlaqədar  84  nəfər,  50 yaşın tamam olması ilə əlaqədar 37  nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
2014-cü ilin birinci yarım ili  ərzində Rayon İcra Hakimiyyəti Başçısı Aparatı   öz işini  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”- nin tələblərinə uyğun quraraq  bu istiqamətdə  bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası  Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə  müvafiq tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
    İcra Hakimiyyəti Başçısı Aparatının şöbələrinə, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə,  idarəetmə orqanlarına kargüzarlıq işinin təşkili, ərizə və şikayətlərə baxılması sahəsində praktiki köməkliyin göstərilməsi,  vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması işinin qanunvericiliklə müəyyən olunmuş müddətdə əməl edilməsi, İcra Başçısının sərəncamları, əmrləri, kargüzarlıqda və cari arxivdə olan protokollar və qeydiyyatdan keçmiş digər sənədlərin qəbul edilməsi, göndərilməsi, qeydiyyatı, hərəkət qaydasına əməl olunması istiqamətində köməkliklərin göstərilməsi  şöbənin gündəlik işlərindən olmuşdur.
   Dövlət hakimiyyəti orqanlarından, siyasi partiya, ictimai birlik və mülkiyyət formasından asılı olmayaraq  hüquqi şəxslərdən Aparata daxil olan xidməti sənədlər, habelə başqa korrespondensiyalar  qəbul edilərək  qeydiyyata  alınmış,  tərəfimizdən öyrənilmiş və İcra Hakimiyyəti başçısına təqdim edilmişdir. İcra Hakimiyyəti başçısının  dərkənarına uyğun olaraq icra üçün Aparatın müvafiq struktur bölmələrinə çatdırılmış, icrasına nəzarət edilmiş və rəsmi cavab alındıqdan sonra işə tikilmişdir.
  Mövcud təlimatın tələblərinə uyğun olaraq İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və şöbə müdirlərinin qəbulu günlərinin qrafikini tərtib və təsdiq etdirərək aidiyyəti şöbələrə çatdırmış, hər bir şöbədə qəbul barədə xüsusi kitabın açılması, qəbula gələnlərin xüsusi qeydiyyatının aparılması, işlərin  nomenklaturası hazırlanmış və buna uyğun qovluqların təşkili təmin edilmişdir.
      Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər, şöbə və sektor  müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü  ərzində  Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən
49 nəfər(2013-cü ildə 37 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 402 nəfər(2013-cü ildə 343 nəfər), (Aqrar məsələlər üzrə şöbə-47, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-62, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-38, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları  ilə iş şöbəsi-183, Hüquq şöbəsi-41, Memarlıq və tikinti şöbəsi-31) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər  yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
      Rayon  İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 10-u (20,4 %)  işlə təmin olunma,4-ü (8,2 %)  kənd təsərrüfat  məsələləri,  17-si (34,7 %) mənzil məsələləri, 4-ü(8,2 %) ünvanlı sosial yardım,2-si( 4,1 %) maddi köməklik,1-i(2 %) müharibə veteranı adı verilməsi barədə 1-i ( 2 %) ayrı təsərrüfat olma ilə bağlı,10-ü (20,4 %) nəfəri  isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmiş və qaldırılmış problemlərin həll edilməsi  üçün mövcud imkanlardan istifadə olunmuşdur.
Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki,  birinci rüb  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış,  qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada   cavablar  verilmişdir. Hesabat  dövrü  ərzində məcburi köçkünlərin məskunlaşdığı   10 rayonda 25 səyyar qəbul  keçirilmişdir. Keçirilmiş  görüşlərdə  ümumilikdə 696 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 48 məsələ barədə müraciətlər olunmuşdur.
   Kollektiv formada 2 müraciət(4 nəfər tərəfindən), fərdi qaydada 24 müraciətlə  bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 22 müraciətin  icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
   Yerli icra hakimiyyəti orqanları  qarşısında qaldırılmış 16 ( yemək   xərci müavinəti məsələləri   ilə bağlı-8, məcburi köckünlük məsələləri ilə bağlı -6, pensiya məsələləri ilə bağlı-1, plastik kartla bağlı-1)məsələ öz müsbət  həllini tapmış, Respublikanın müxtəlif ərazilərində tikintisi nəzərdə tutulmuş  qəsəbələrdə evlə təmin olunma ilə bağlı 10 məsələ ilə bağlı  aidiyyəti şöbələr tərəfindən  izahat işləri aparılmışdır.
İcrası  rayon təşkilatlarına tapşırılmış  22 ( ünvanlı sosial yardım alınmasına köməklik  barədə 3, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə  köməkliklə bağlı 3, hərbi qeydiyyata alınma ilə bağlı 4, içməlu su təchizatı ilə bağlı-6,elektrik enerjisi təchizatı barədə-5 və yaşayış evinin təmiri ilə bağlı 1) müraciət öz müsbət həllini tapmışdır.
     Səyyar qəbullar zamanı qaldırılmış məsələlərin 34-ü (70,8 %-i) öz müsbət həllini tapmış,14-ü( 29,2%-i) barədə isə  müvafiq tədbirlər görülmüşdür. 
Rayon İcra Hakimiyyəti  başçısının birinci yarım ili  ərzində  yerlərdə keçirdiyi səyyar görüşlər   Azərbaycan   Respublikası   Prezidenti  Administrasiyasının Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar  RİAİS sistemi ilə mərkəzi serverə göndərilmişdir.
Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki,  birinci rüb  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış,  qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada   cavablar  verilmişdir. Hesabat  dövrü  ərzində məcburi köçkünlərin məskunlaşdığı   10 rayonda 25 səyyar qəbul  keçirilmişdir. Keçirilmiş  görüşlərdə  ümumilikdə 696 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 48 məsələ barədə müraciətlər olunmuşdur.
   Kollektiv formada 2 müraciət(4 nəfər tərəfindən), fərdi qaydada 13 müraciətlə  bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 7 müraciətin  icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
   Yerli icra hakimiyyəti orqanları  qarşısında qaldırılmış 15 ( yemək   xərci müavinəti məsələləri   ilə bağlı  5, məcburi köckünlük məsələləri ilə bağlı 4) məsələ öz müsbət  həllini tapmış, Respublikanın müxtəlif ərazilərində tikintisi nəzərdə tutulmuş  qəsəbələrdə evlə təmin olunma ilə bağlı 6 məsələ ilə bağlı  aidiyyəti şöbələr tərəfindən  izahat işləri aparılmışdır.
İcrası  rayon təşkilatlarına tapşırılmış  7 ( ünvanlı sosial müavinət alınmasına köməklik  barədə 2, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə  köməkliklə bağlı 2, hərbi qeydiyyata alınma ilə bağlı 3) müraciət öz müsbət həllini tapmışdır.
     Səyyar qəbullar zamanı qaldırılmış məsələlərin 54,5 %-i öz müsbət həllini tapmış, 45,5%-i barədə isə  müvafiq tədbirlər görülmüşdür. 
Rayon İcra Hakimiyyəti  başçısının birinci yarım ili  ərzində  yerlərdə keçirdiyi səyyar görüşlər  Azərbaycan   Respublikası   Prezidenti  Administrasiyasının Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar İnformasiya təminatı və təhlil sektoruna təqdim edilmişdir.
        Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq hər bir vətəndaşın öz Konstitusiya hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə  nümayəndəliklərinə,  idarə və təşkilat rəhbərlərinə  müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmiş, qeydiyyata alınmış  və  təlimata uyğun olaraq vaxtlı-vaxtında araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
   2013-cü ilin birinci yarım ili  ərzində  İcra Hakimiyyəti Aparatına 154 vətəndaş  müraciəti daxil olmuşdursa, 2014-cü ilin müvafiq dövründə  bu rəqəm 110 (bunlardan 13-ü təşkilat daxili müraciətlərdir) olmuşdur. Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edir ki, onlardan
14-ü (12,7%) (2013-cü ildə 20-si) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 18-i (16,4%) (2013-cü ildə 11-i) Nazirlər Kabinetindən,
8-i (7,3%) (2013-cü ildə 12-si) Mərkəzi İcra orqanlardan və  digər rayonlardan,
70-i (63,6%)  (2013-cü  ildə 111-i) isə birbaşa Xocavənd Rayonu İcra Hakimiyyəti Aparatına daxil olan müraciətlərdir.
Müraciətlərin 4-ü (3,6%)kənd təsərrüfatı (2013-cü ildə 12-si), 10-u (9,1%) təhsil məsələləri(2013-cü ildə 7-si), 1-i (0,9%) mədəniyyət məsələləri(2013-cü ildə 1-i), 50-si (45,5%) əmək və  əhalinin sosial müdafiəsi (2013-cü ildə 52-si),16-sı (14,6%) mənzil məsələləri(2013-cü ildə 12-si), 2-si (1,8%) hüquq məsələləri(2013-cü ildə 16-si),15-i (13,6%) ailə və məişət(2013-cü ildə 38-i), 12-si (10,9%)(2013-cü ildə 16-si)  isə bu və ya digər məsələlərlə bağlı olmuşdur.
   2014-ci ilin birinci yarım ili  ərzində Rayon İcra Hakimiyyəti  Aparatının rəsmi saytına  (www.xocavend-ih.gov.az) iki   müraciət daxil olmuşdur. 
Rayon İcra hakimiyyəti başçısı Aparatına daxil olan müraciətlərin 82,7 faizini(91)ərizələr, 17,3 faizini(19) şikayətlər(2013-cü ilin müvafiq dövrü ərzində 
müraciətlərin 87,7 faizini(135)ərizələr, 12,3 faizini(19) şikayətlər)  təşkil etmişdir ki, bu müraciətlərdən  55,5 faizi (61 müraciət) müsbət həll edilmiş,4,5 faizi (5 müraciət) qismən həll edilmiş, 30,0 faizi (33 müraciət) müvafiq izahat işləri aparılmış, 9,1 faizi (10 müraciət)  əsassız sayılmış, 0,9 faizi (1 müraciət) icradadır.
  Aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki,  müraciətlərin sayı  2012-ci ilin birinci yarım ili ilə müqaisədə  41,8%, 2013-cü ilin birinci yarım ili ilə müqaisədə  isə   28,6 faiz azalmışdır.
Hər bir rübün sonunda səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası,  həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və  görülmüş işlərlə bağlı İcra Hakimiyyəti başçısına  məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 26.02.2014-cü il tarixli 05 saylı Şura yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə   və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun  “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri ” ilə bağlı hesabat və təhlil  xarakterli yazısından irəli  gələn vəzifələr və 2013-cü  il ərzində Xocavənd RİHB  Aparatına,  qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə və  31.03. 2014-cu il tarixli 07 saylı Şura yığıncağında  isə Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar qəbulların təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti barədə məsələlər müzakirəyə çıxarılaraq  mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, icra nümayəndəliklərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
  2014-cü ilin birinci yarım ili  ərzində Rayon İcra Hakimiyyəti  Aparatına 182  xidməti sənəd daxil  olmuşdur ki, bunlardan 5- i Azərbaycan  Respublikasının qanunları,13- ü  Azərbaycan  Respublikası  Prezidentinin  fərman və   sərəncamları, 1-i Milli Məclisdən, 1-i Azərbaycan  Respublikası  Prezident Administrasiyasının rəhbərinin  sərəncamları, 18-i  Prezident Administrasiyasından  daxil  olmuş xidməti sənədlər, 24-ü Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, 42-si Nazirlər Kabinetindən  daxil olan  xidməti sənədlər,
71-i Respublikanın Mərkəzi İcra orqanlarından və təşkilatlarından daxil olmuş xidməti sənədlər, 7-si rayonun idarə, müəssisə və təşkilatlarından  daxil olmuş xidməti sənədlərdir.  Daxil olmuş xidməti sənədlər “Azərbaycan  Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçılarının aparatında sənədlərlə iş barədə təlimat”a uyğun olaraq icra edilmiş,  görülmüş işlərlə bağlı İcra Hakimiyyəti başçısına mütəmadi olaraq məlumat verilmişdir.
Birinci yarım ili   ərzində Rayon İcra Hakimiyyəti  tərəfindən 47 sərəncam və 79 əmr  verilmişdir. İcra Hakimiyyəti başçısının sərəncam və əmrləri Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarına, Azərbaycan Respublikası  Nazirlər Kabinetinin qərar və sərəncamlarına və onların qəbul  etdiyi  normativ aktlara uyğun olaraq hazırlanmış və icrasına nəzarət olunmuşdur. Bu sərəncamlardan 3-ü dövlət proqramının icrası, 2-si mənzil məsələləri, 9-u kənd təsərrüfatı məsələləri, 15-i mədəni kütləvi tədbirlər, 2-si  hesabat yığıncağından irəli gələn məsələlər, 2-si hərbi çağırış,  2-si maddi yardımla bağlı, 1-i nikah yaşının azaldılması, 3-ü  mükafatlandırma və 8-i isə digər məsələlərlə bağlı verilmiş sərəncamlardır. Verilmiş  sərəncamların icrasına aidiyyəti şöbələr tərəfindən nəzarət olunmuş, icranın nəticəsi  ilə bağlı İcra Başçısının adına arayış tərtib edilmişdir.
       Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada  rayonunun iqtisadi, sosial-mədəni və digər yerli  əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2014-cü ilin birinci yarım ili   ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş  Şura  iclaslarında  20 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 25 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə  müzakirə edilərək  müvafiq  qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və  icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir. Həmçinin 26.02.2014-cü il  tarixdə rayon Mədəniyyət evində səyyar formada keçirilən Şura iclasında  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə   və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri ” ilə bağlı hesabat və təhlil  xarakterli yazısından irəli  gələn vəzifələr və 2013-cü  il ərzində Xocavənd RİHB  Aparatına,  qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə məsələ ictimayyətin iştirakı ilə  geniş formada müzakirə edilmişdir.
         Ötən yarım il ərzində müxtəlif mövzularda 25 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 6476 nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
2014-cü ilin birinci yarısında Xocavənd rayonunun azərbaycanlı əhalisi artaraq 01.07.2014-cü il tarixə  11736 (on bir min yeddi yüz otuz altı) nəfərmişdir. Rayon ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd “, “Yeni Tuğ”, “Xocavənd”, Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində” kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1198 ailə olmaqla 4694 nəfər, Ağcabədi rayonu ərazisində 519 ailə 2090 nəfər, Sumqayıt şəhəri üzrə 111  ailə 456 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 853 ailə 3278 nəfər və Respublikanın digər şəhər və rayonlarında 277 ailə 1218 nəfərdir. Rayon əhalisinin 158 nəfəri müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
2014-cü ilin altı ayı ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 85, vəfat edən vətəndaşların sayı isə 25 nəfər olmuşdur. Təbii artım 60 nəfər təşkil etmişdir.
Hesabat dövrü ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 135 nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 26 nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 109 nəfər olmuşdur. 2014-ci ilin altı ayı ərzində Xocavənd rayonu üzrə 11 ailə arasında rəsmi nigah bağlanmış  və 11 nigahın  pozulması qeydə alınmışdır. Qeydiyyatdan çıxanların  21 nəfəri nigahla bağlı,  5 nəfəri isə daimi pasport qeydiyyatından çıxmaları ilə əlaqədar olmuşdur.
2013-cü ilin birinci yarısı ərzində informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Tələb olunan  zəruri məlumatlar  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və Statistika İdarəsi ilə birlikdə təhlil edildikdən sonra Mərkəzi Serverə göndərilmişdir. Hesabat dövrü ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının 2014-cü ilin birinci yarısının yekunlarına dair aylıq və rüblük hesabatlar toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Məlumatlarda aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və növbəti dövr üçün işin təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti şöbələrin rəhbərləri ilə mütəmadi qaydada iş aparılmışdır. Qazanılmış müsbət tendensiya  davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha  yaxşı qurulması  üçün mütəmadi qaydada  tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. 
         Xocavənd rayon ictimaiyyəti 2014-cü ilin birinci yarısı ərzində Respublikamızda qarşıya qoyulan vəzifələri, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də ölkə daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri  ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla yanaşı bir sıra nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun zəhmətkeş, əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.  
Xocavənd sakinləri bundan sonrada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın  daha da  çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.     
       
 

Keçidlər