Şriftin ölçüsü :

Saytın rəngi :

Avqust ayının 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələrinin hücumu nəticəsində müddətdən artıq xidmət edən Xocavənd rayon sakini Quliyev Sənan Qeyrət oğlu Ağdam-Ağdərə istiqamətində şəhid olmuşdur.

03 avqust 2014 | 15:00

Avqust ayının 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələrinin hücumu nəticəsində müddətdən artıq xidmət edən Xocavənd rayon sakini Quliyev Sənan Qeyrət oğlu  Ağdam-Ağdərə istiqamətində şəhid olmuşdur. Xocavənd qəsəbəsində  torpağa tapşırılan şəhidin dəfn mərasimində  Milli Məclisin deputatı Elman Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək şəhidin ailəsinə başsağlığı vermiş, Sənanın öz vətəninin,  kəndinin , şəhid olmuş yaxınlarının  qisasını aldığını və yalnız düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdiyimiz zaman Sənan və yüzlərlə onun kimi  şəhidlik zirvəsinə ucalan vətən oğullarımızın ruhunun şad olacağını bildirdilər.  Qeyd edək ki, Quliyev Sənan Qeyrət oğlu 1991- ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdi. Ermənistan silahlı birləşmələri ilə mübarizədə bu kəndin hər 10 nəfərindən biri şəhid olmuşdur. Sənanın nəslindən olan hər kəs bu müharibənin iştirakçısı olmuş, faciə və acılar yaşamışlar. Onun əmisi,eyni zamanda çox kiçik yaşlarından ata qayğısından məhrum olmuş həyat yoldaşının atası Quliyev Gündüz Əlqəmə oğlu 8 sentyabr 1991- ci il tarixdə şəhid olmuşdur. 17 fevral 1992- ci il tarixdə Qaradağlı kəndi ermənistan ordusu tərəfindən işğal olunan zaman onun babası Quliyev Əlqəmə ilə yanaşı 100 nəfərdən çox həmkəndlisi və digər yaxın qohumları  ilə birlikdə ermənilər tərəfindən əsir götürülmüş, onların yarıdan çoxu düşmənlərimiz tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Şərəfli bir nəslin davamçısı olan Sənan həm Vətən, həm Torpaq Həm də El qarşısında öz borcunu ləyaqətlə verərək torpaqlarımızın və Vətənimizin toxunulmazlığı uğrunda öz canından keçərək avqust ayının 1-dən 2- nə keçən gecə Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alan zaman Şəhidlik zirvəsinə yüksəlmişdi. Allah cəmi Şəhidlərimizə rəhmət etsin. TƏKİ VƏTƏN SAĞ OLSUN!

Keçidlər