Şriftin ölçüsü :

Saytın rəngi :

03 avqust 2014-cü il tarixdə Şəhid Quliyev Sənan Qeyrət oğlunun məzarı önündə anım mərasimi keçirilmişdir.

04 avqust 2014 | 15:00

03 avqust 2014-cü il tarixdə Şəhid Quliyev Sənan Qeyrət oğlunun məzarı önündə anım mərasimi keçirilmişdir. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, şəhidin ailəsi və  rayon  ictimaiyyətinin nümayəndələri  iştirak edirdi. Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov bildirdi ki, cəbhə bölgəsində düşmənin həmləsini dəf edərkən şəhidlik zirvəsinə ucalan Sənanın rəşadəti hər kəs üçün örnək olmalıdır, çünki Vətən, torpaq hər şeydən ucadır və onu qorumaq hamının müqəddəs borcudur. Azərbaycan Ordusunun gücü, onun gündən-günə möhkəmlənməsindən də mərasimdə ətraflı danışılıb. Bildirilib ki, ölkəmizin hərbi-siyasi qüdrəti belə deməyə əsas verir ki, tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək, yağı düşmənin əsarətində olan torpaqlarımız işğaldan azad olunacaq. 

Keçidlər