Şriftin ölçüsü :

Saytın rəngi :

05 avqust 2014-cü il tarixdə N saylı hərbi hissənin Xocavənd rayonu ərzisində yerləşən təmas xəttində hərbçilərlə görüş keçirilmişdir.

05 avqust 2014 | 15:00

05 avqust  2014-cü il tarixdə N saylı hərbi hissənin Xocavənd  rayonu ərzisində yerləşən təmas xəttində hərbçilərlə görüş keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti baçısı Eyvaz Hüseynov, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov və Qarabağ müharibəsi veteranlarının iştirak etdiyi görüşdə  Azərbaycan  Ordusunun  öz torpaqları işğaldan azad  etmək gücündə olduğu bildirilmişdir. Çünki Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş,  hərbçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Digər tərəfdən, hər bir əsgərin  arxasında böyük Azərbaycan ölkəsi durur, hər bir əsgər öz doğma Vətənini müdafiə etmək üçün ordu sıralarına gedir və onların hər bir uğurlu addımı  Azərbaycan Respublikasının müstəqilliyinə, ərazi bütövlüyünə  və ümumi qələbəmizə kömək edəcəkdir. Torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığının  vurğulandığı tədbirdə  hərbçilərə xatirə hədiyyələr təqdim edilmişdir.

Keçidlər