Şəhid Sənan Quliyevin xatirəsi yad edilir
07 avqust 2014-cü il tarixdə “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı , Qeyri-hökumət təkilatları ,KİV nümayəndələri və keçmiş döyüşçülər Şəhid Quliyev Sənanın yas mərasiminə gələrək onun ailə üzvləri ilə görüşmüş, onlara səbr diləmişlər.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdi. Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov bildirdi ki, biz son günlər bir neçə şəhidimizin yas mərasimində iştirak etmişik. Gördüyümüz mənzərə budur ki, heç bir şəhid ailəsi övladının şəhidliyi üçün az da olsa, təəssüf hissi keçirmir, qürur duyur ki, onun övladı vətən uğrunda şəhid olub. Bizim şəhidlərimizin ruhu onda şad olacaq ki, bütün torpaqlarımız ermənilərdən təmizlənəcək. Biz çalışmalıyıq ki, onların uğrunda şəhid olduqları məqsədləri həyata keçirək. Üçrəngli bayrağınızı Qarabağın bütün şəhərlərində sancaq.