Şəhid Sənan Quliyevin xatirəsi yad edilir.
07 avqust 2014-cü il tarixdə Beyləqan Ordu Korpusunun komandanı Xəqani Cəbrayılov Şəhid Quliyev Sənanın yas mərasiminə gələrək onun ailə üzvləri ilə görüşmüş, onlara səbr diləmişlər.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdi.
Şəhid Sənan Quliyevin babası, 75 yaşlı Əlqəmə Quliyev bildirib ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən hər gün nəvəsinin yas mərasiminə gələn insanlar var: “Mən onlara çox sağ olun deyirəm. İnsanların bizim ailəyə bu isti münasibəti nəvəmin ölümünü mənə unutdurur. Qarabağ müharibəsində bir oğlumu, dörd qardaşım oğlunu, dörd xalam oğlunu itirmişəm. Onların hamısının dağı ürəyimdədir. Ermənilərdən qorxmaq lazım deyil. Bu yaşımda özüm müharibəyə getməyə hazıram. Bizim torpaqlarda ordan-burdan gətirilən ermənilər məskunlaşdırılıblar. Onların üstünə getsək, hamısı qaçacaq. Mən buna əminəm. Balalarımızın qanını yerdə qoymayın. Sənanın qisasını alın”.