“Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində 11 avqust 2014-cü il tarixində Xocavənd qəsəbəsində görüş keçirilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində 11 avqust 2014-cü il tarixində Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsində görüş keçirilib. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə xanım Quliyeva , İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev, “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru Qiyas Abasov iştirak ediblər. Layihə çərçivəsində yaradılmış Xocavənd Gənclərinə Dəstək Qrupunun rəhbəri Leyla Mustafayeva layihələr və yeni təkliflər haqqında çıxış edib. Dəstək qrupunun üzvü olan digər gənclər də fikirlərini bildiriblər. Tədbirdə çıxış edən başçının müavini Əfsanə xanım Quliyeva bu tipli görüşlərin əhəmiyyətindən danışmış və bundan sonra da “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində yaradılmış Dəstək Qrupunun müxtəlif layihələr həyata keçirmələrinə yardımçı olacaqlarını vəd etmişdir.