10 sentyabr 2014-cü il tarixdə Şəhid Quliyev Sənan Qeyrət oğlunun məzarı önündə anım mərasimi keçirilmişdir.
10 sentyabr 2014-cü il tarixdə Şəhid Quliyev Sənan Qeyrət oğlunun məzarı önündə anım mərasimi keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Prezidenti Admnistrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Aqşin Əliyev, şəhidin ailəsi, hərbçilər və rayon ictimaiyyəti nümayəndləri iştirak etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin ailəsinə, eləcə də rayon ictimaiyyətinə dərin hüzünlə başsağlı vermiş, onların dərdlərinə şərik olduğunu bildirmiş və şəhidə ulu tanrıdan rəhmət diləmişdir. Başçı bu ilin avqust ayında erməni hərbi birləşmələri ilə döyüşlərdə şəhid olmuş igid oğullarımızın qisasının düşməndən birə-beş alındığını diqqətə çatdırmışdır. Eyvaz Hüseynov Azərbaycan dövlətinin həmçinin ordusunun durmadan artan qüdrətinin sayəsində qaçqın və məcburi köçkünlərin tezliklə itirilmiş ata-baba torpaqlarına qayıdacaqlarına öz əminliyini bildirmişdir.
Xatırladaq ki, Quliyev Sənan Qeyrət oğlu 01 avqust 2014-cü il tarixdə cəbhənin Agdam istiqamətində erməni silahlı birləşmələrinin hücumun dəf edərkən şəhid olmuşdur. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən şəhid Quliyev Sənan Qeyrət oğlu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin. TƏKİ VƏTƏN SAĞ OLSUN!