Xocavənd rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” münasibətilə tədbir keçirilib.
Xocavənd rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik Günü” münasibətilə tədbir keçirilib. Salakətin kənd tam orta məktəbində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edirdi. Başçı çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırdı. E.Hüseynov həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.