15 sentyabr 2014-cü il tarixdə Bilik Fondunun təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbinin X-XI sinif şagirdlərinə “Azərbaycan: bu gün və sabah” mövzusunda dərs keçirilib.
15 sentyabr 2014-cü il tarixdə Bilik Fondunun təşkilatçılığı ilə tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Rauf Məmmədcan oğlu Salakətin kənd tam orta məktəbinin X-XI sinif şagirdlərinə “Azərbaycan: bu gün və sabah” mövzusunda dərs keçib. Dərs zamanı məktəblilərə Vətən sevgisindən bəhs edilib, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi əvəzsiz fədakarlıqlardan, cənab Prezidentimizin yürütdüyü uğurlu daxili və xarici siyasətdən geniş söhbət açılıb. Dərsdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu prezident İlham Əliyevin 07 may 2014-cü il tarixli fərmanı ilə təsis olunub. Bilik Fondu müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.