Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 22-ci il dönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.

02 oktyabr 2014 | 15:00

02 oktyabr 2014-cü il tarixdə rayonun Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 22-ci il dönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.  Sonra vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri  ilə  bərarbər,  Xocavənd  Rayon İcra Hakimiyyətinin başçısı  Eyvaz Hüseynov,  II ordu birləşməsinin komandiri General -mayor Xəqani Cəbrayılov, II ordu birləşməsinin şəxsi heyət üzrə komandir müavini polkovnik Elçin Kərimov, Ağcabədi rayon Müharibə Əlilləri Cəmiyyətinin sədri Ələsgər Allahverənov və KİV-in nümayəndələri iştirak etmişlər. Tədbirdə ilk öncə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov xocavəndlilərin 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərdiyini  bu torpaqların hər qarışı uğrunda qanlar töküldüyünü, şəhidlər verildiyini, bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinlərinin qəhrəmanlıqla iştirak etdiyini vurğulamışdır. Həmçinin tədbirdə iştirak edən II ordu birləşməsinin şəxsi heyət üzrə komandir müavini Elçin Kərimov, Ağcabədi rayon Müharibə Əlilləri cəmiyyətinin sədri Ələsgər Allahverənov da öz çıxışlarında Xocavənd rayon sakinlərinin Qarabağ müharibəsi zamanı düşmənə qarşı əzmkarlıqla mübarizə apardıqlarını və münaqişə zamanı çox böyük itkilər verdiklərini bir daha vurğulamışlar. Tədbir rayon idmançılarının ifasında  bir sıra idman göstərilərinin təqdim olunması ilə davam etdirilmişdir. Sonda tədbir rayon Mədəniyyət evinin hazırladıqları  ədəbi-bədii  kompozisiyanın nümayişi  ilə başa çatmışdır.

Keçidlər