Şriftin ölçüsü :

Saytın rəngi :

14 oktyabr 2014-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2014-cü ilin doqquz ayı ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə Hesabat yığıncağı keçirilmişdir.

14 oktyabr 2014 | 15:00


“Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 8-də Nazirlər Kabinetinin 2014-cü ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 2014-cü ilin doqquz ayı ərzində gördüyü  işlər  və  qarşıda duran vəzifələr” barədə

                                        H E S A B A T

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan strateji və tarixi ənənənin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkədə iqtisadi artım tempi daha da sürətlənmiş, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilmiş,valyuta ehtiyatları artmış, iqtisadiyyata investisiya qoyuluşları yüksəlmiş, dövlət tərəfindən sahibkarlığa maliyyə dəstəyi artırılmış, sosial infrastrukturun yenidən qurulması və digər proqramların uğurlu icrası davam etdirilmişdir. Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının  nəticəsində ölkəmiz qısa müddət ərzində  sürətli inkişaf yoluna qədəm qoymuş,  bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Uğurla həyata keçirilən davamlı və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2014-cü ilin üçüncü rübü ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın  şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır.
  Möhtərəm Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin məhsulu olan və uğurla gerçəkləşdirilən  siyasət nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi  təmin olunmaqla bərabər, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Hesabat dövründə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ümummilli  Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan  enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır.
Ötən illərdə olduğu kimi, cari ilin doqquz ayında da ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi və qətiyyətli, gərgin əməyi  sayəsində mümkün olmuşdur.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, üçüncü rübdə düşünülmüş siyasət və  iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Hesabat dövründə həyata keçirilən iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun artımı 2,5 faiz olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bu artım qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Bu ilin müvafiq dövrü ərzində qeyri-neft sektorunun real artım tempinin 6 faiz səviyyəsində olması onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə,ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf  artıq reallığa çevrilmişdir.
Cari ilin doqquz ayında ölkə iqtisadiyyatına 19 milyard dollar həcmində investisiya qoyulmuşdur ki, bunun da 11 milyardı daxili sərmayədir.
Hesabat dövrü ərzində inflyasiya cəmi 1,5 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf  insanların  rifah  halının daha da yaxşılaşmasına xidmət göstərmişdir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir.Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcəkdir. Cari ilin doqquz ayı ərzində də əhalinin gəlirlərinin artması tempi davam edərək ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiztəşkil etmişdir.
2014-cü ilin üçüncü rübündə valyuta ehtiyatlarının həcmi artaraq 53 milyard ABŞ dollarına çatmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard dollar və ya 8 faiz artım əldə olunmuşdur. Məcmu valyuta ehtuyatlarının xarici dövlət borcuna olan nisbəti 8 dəfədən artıq olmuşdur. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, xarici dövlət borcumuzun ümum dadxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşmışdır. Həmçinin ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanmışdır. Bu, çox yüksək göstərici olmaqla bərabər həm də ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada ən qabaqcıl ölkələr arasındadır.
Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.Cari ilin doqquz ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Dövlət başçısı tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşüb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Beləliklə, qeyri-neft sektorunun, o cümlədən də, özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində bu sahədə istehsalın həcmi ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, hazırda respublikada istehsal olunan ümumi daxili məhsulun həcmində qeyri-neft sektorunun çəkisi 55 faizi ötüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir.Cari ilin doqquz ayında sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur.
2014-cü ilin doqquz ayında ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğının təzahürü olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılmışdır.Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam  etdirilmişdir.
Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bir sıra inkişaf etmiş Avropa ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə yüz mindən çox yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra- 1 milyon 300 min iş yeri açılmışdır. Bütün bu nailiyyətlər nəticəsində işsizlik kəskin şəkildə aşağı düşərək 5 faiz səviyyəsindədir. Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Heç də təsadüfi deyildir ki, mötəbər beynəlxalq qurum olan Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu ölkəmizdə gedən iqtisadi prosesləri təqdir etmiş, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək dünya üzrə 144 ölkə arasında 38-ci yerdə yerləşdiribdir.
Cari ilin doqquz ayında ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində ciddi addımlar atılmışdır. Bunun bariz nümunəsi 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir.Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihənin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Yaxın gələcəkdə "Cənub" qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək, siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Cənab Prezidentin qeyd etdiyi kimi “Bu hadisə doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında “Əsrin kontraktı” imzalandı.O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir,Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik”. Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı cənab Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğu mövqenin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində möhtərəm Prezident tərəfindən uğurla davam etdirilən enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi.
Bu ilin “Sənaye ili” elan edilməsi haqqında cənab Prezidentin Sərəncamına əsasən Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Cari il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülmüş, yeni sənaye zavodları açımışdır. Ümumilikdə isə ötən 9 ayda qeyri-neft sənayesi 6 faiz artmışdır.
Ötən dövrlərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  xüsusi diqqət və qayğısı nəticəsində, cari ilin hesabat dövründə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuş və cari ildə də təxminən 20 min köçkünün həm Bakıda, həm də bölgələrdə yeni evlərə, mənzillərə köçürülməsi prosesi davam etdiriləcəkdir.
Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
İstər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Şübhəsiz, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Eyni zamanda, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə uğurlu xarici siyasət davam etdirilmişdir. Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı səbəbindən əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi“Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur.”
Milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi və ən başlıcası vətəndaş cəmiyyətinin qurulması ölkə Prezidentinin fəaliyyətinin  prioritet istiqamətlərindən biridir.
Respublikanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifah halının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisini və xalqımızın rifahını yüksəldir. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin davamı olaraq bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticələrini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş,“Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş üçüncü “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”na əlavələrdə  nəzərdə tutulmuş bəndlərdə rayonun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin  tikinti işlərinə başlanılmış və cari ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 
“2013-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 06 fevral 2014-cü il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan  və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq  Bayraq Meydanının, İdman zalının tikintisi, Xocavənd  qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün tikinti işləri davam etdirilir.
       Rayon  Məşğulluq  Mərkəzinə 2014-cü ilin doqquz ərzində 94 nəfər (47 nəfəri  qadın)  işaxtaran vətəndaş müraciət etmişdir ki, müraciət edən vətəndaşlardan 79 nəfəri işlə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşlardan işlə təmin olunması mümkün olmadığı üçün 2 nəfərə  işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2014-cü ilin doqquz ayı  ərzində  78 yeni iş yeri açılmışdır. Son 11  ildə  isə rayonda  1315 iş yeri açılmışdır  ki, onlardan  da 698-i daimi  iş yeridir. 
2014-cü ilin doqquz ayında  rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 3986.9 min manata qarşı 4111.6 min manat yerinə yetirilmişdir ki, bu da proqnozun 103.0 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 540.7 min manat proqnoza qarşı 622.7 min manat icra olunmuşdur ki, bu da proqnozun    115.2 %-ni təşkil edir.
      2014-cü ilin  III rübündə xərc 8514.4 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 743.8 min manat çox olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı  252  manat təşkil etmişdir.
                                                            Vergi
        Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən doqquz ay  ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 540.7 min  manat proqnoza qarşı 622.7 min  manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş  və proqnoza 115.2  faiz əməl olunmuşdur.
Büdcəyə vergi və digər daxilolmalar 2013-ci  ilin müvafiq dövrü ilə müqayisədə 100.2 manat çox olmuşdur.
  “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərir. 2014-cü ilin doqquz ayı ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülməsi nəticəsində  əldə olunan gəlir proqnozu 182 faiz yerinə yetirilmişdir.
                       Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
2014-cü ilin doqquz ayı ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2138 baş, o cümlədən  inək və camışlar 1046 baş, qoyun və keçilər 14635  baş  olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 2084 sentner, süd istehsalı (fiziki çəkidə) 11296  sentner, yumurta istehsalı (min ədədlə) 122 min ədəd, yun istehsalı (fiziki çəkidə) 360 sentner olmuşdur.
Rayon ərazisində fəaliyyət  göstərən 60 fərdi, 457 ailə kəndli və ev təsərrüfatları tərəfindən  6295,0 hektar buğda sahəsindən 84982,5 sentner, 518,8  hektar arpa sahəsindən 6485,0 sentner, 10,0  hektar  kartof sahəsindən 1110  sentner, 27 hektar tərəvəz sahəsindən 2515,6 sentner, 16,5 hektar bostan məhsulları sahəsindən 1911,9 sentner məhsul əldə olunmuşdur.
İstehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi istiqamətində ölkədə əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, ixrac potensialını artırmaq, habelə kənd təsərrüfatına dövlət dəstəyinin səmərəliyini yüksəltmək və kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar sahəyə 40 manat yardım verilməsi ilə əlaqədar rayonunun 10 ərazi komissiyası üzrə 457 (dörd yüz əlli yeddi) nəfər istehsalçıya çatacaq 277826,40 (iki yüz yetmiş yeddi min səkkiz yüz iyirmi altı) manat 40 qəpik məbləğində vəsaitin istehsalçılara ödənilməsi məqsədi ilə materiallar Azərbaycan Respublikası Komissiyasında təsdiq olunmuş və plastik kart vasitəsi ilə istehsalçılara ödənilmişdir.
                     Əhalinin sosial müdafiəsi məsələləri
Ötən hesabat dövrü ərzində DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2014-cü il doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 649.5 min manat, o cümlədən 608.7  min manat  büdcə, 40.8 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 608.5  min manata qarşı 591.0  min manat  (97.1%), qeyri-büdcə üzrə 40.8 min manata qarşı  29.6 min manat (72.5%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 95.5 faiz əməl olunmuşdur.
01 oktyabr 2014-cü il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1127 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1036 nəfəri işləməyən, 91 nəfəri isə işləyən təqaüdçülərdir. Doqquz ay ərzində   işləyən və işləməyən  əhaliyə  müavinətlərin  ödənilməsi  üçün  1661.0  min  manat  vəsait  xərclənmişdir.
2014-cü ilin doqquz ayı ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial  Müdafiəsi  Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və  ünvanlı sosial yardım almaq üçün müraciət edən 127 sakinin sənədləri komissiya tərəfindən yoxlanılaraq təyinat aparılmışdır. Faktiki olaraq 01.10.2014-cü il tarixə 212 nəfər Ünvanlı sosial yardım işi hərəkətdədir.
01 oktyabr 2014-cü il tarixə  büdcədən mərkəzə sosial müavinət və uşaq müavinətlərinin  ödənilməsi məqsədilə 426252 manat vəsait xərclənmişdir.
                        İctimai-siyasi və humanitar  məsələlər   
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir.  Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir.
Xocavənd rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə  yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  müəyyən işlər  görmüş və bunun nəticəsidir ki, rayon ümümtəhsil məktəblərinin şagirdləri 2014-cü ilin doqquz ayı ərzində ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibiləri olmuşlar. Xocavənd rayon 2 saylı tam orta  məktəbin X sinif şagirdi Mirzəyeva Aysel Əbülfət qızı biologiya fənnindən Respublika üzrə III,  Heydər Əliyevin 91 illik yubileyi ilə  bağlı keçirilmiş inşa yazı müsabiqəsində Respublika turunda 4-cü yerə və Salakətin kənd tam orta məktəbin “Gənc xilasedicilər və yanğınsöndürənlər” komandası Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən Zona yarışında 2-ci yerə layiq görülmüşdür. Həmçinin Xocavənd rayon 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Sultanova Səma Habil qızı “Gənclər günü” münasibəti ilə “Musiqi sənəti sahəsində”, “Hünər” 9-cu Vətənpərvərlik Mahnıları müsabiqəsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar səhnələşdirilmiş kompozisiyanı yüksək səviyyədə canlandırdığına görə “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma İctimai Birliyi” və “Qızıl Buta” İctimai-Siyasi Hüquq Jurnalı tərəfindən Diplom və Fəxri Fərmanla , Salakətin kənd tam orta məktəbin 6-cı sinif şagirdi Quluzadə Nurlan Müşfiq oğlu “Fövqəladə hallar şagirdlərin gözü ilə” rəsm müsabiqəsində “Fəallıqla iştirakına görə” Təhsil,  Fövqəladə Hallar, Gənclər və İdman Nazirliklərinin Diplomu  və Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha da səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərslərinin tədrisi təşkil edilmişdir. Xocavənd rayonunda  dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuş və ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan  101 şagirdin  həmin dərslərdə iştirakı təmin edilmişdir.
13 iyun 2014-cü il tarixdə IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və imtahana buraxılmış 148  şagirddən 78  nəfəri, yəni 52.7 %-i( Respublika üzrə göstərici 62.4%, 2013-cü ilin müvafiq dövründə 52.4%), XI sinif üzrə isə 101 şagirddən 80 nəfəri, yəni  79.2%-i (Respublika üzrə göstərici 74.11%, 2013-cü ilin müvafiq dövründə 79.6%)  müsbət qiymət almışdır.  Buraxılış imtahanlarında rayonun 2 saylı, 3 saylı və Əmirallar kənd tam orta  məktəblərinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, Xocavənd 4 saylı tam orta, Tuğ kənd tam orta,  Xocavənd kənd 1 saylı,   Axullu kənd ümumi  və 10 saylı ümumi məktəblərinin  şagirdləri Respublika üzrə göstəricilərlə müqayisədə çox aşağı nəticə göstərmişlər. 05 sentyabr 2014-cü il tarixdə keçirilən  müəllimlərin ənənəvi sentyabr konfrasında şagirdləri aşağı nəticə göstərən  həmin məktəblərin direktorlarına ciddi tapşırıq verilmişdir.
Hesabat dövründə 11-ci sinfi bitirmiş  101 nəfər məzundan 62 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə sənəd vermiş, onlardan 35 nəfəri, o cümlədən 7 nəfər 400-dən,  5 nəfər 500-dən , 1 nəfər 600-dən çox bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə, 7 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Həmçinin Respublikanın müxtəlif bölgələrində təhsil alan xocavəndli məzunlardan isə 13  nəfər tələbə adını qazanmışdır.
  Xocavənd Rayon İcra Hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası  ilə birgə rayon əhalisinin sağlamlığını daim  diqqət  mərkəzində saxlamışdır. Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 31 ali təhsilli müxtəlif ixtisaslı həkim və 103 nəfər orta ixtisaslı tibb işçi, 146 nəfər isə texniki işçi çalışır. Vətəndaşların sağlamlığının qorunması sahəsində rüb ərzində Xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 80 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 43208, stasionar şöbələrdə  isə 340 nəfər müalicə olunmuş, uşaq və ana ölümü qeydə alınmamışdır.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının  14 fevral 2014-cü il tarixli 15 saylı sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada  yaradılmış,  rayonda  müayinənin mütəşəkkil qaydada təşkili üçün  bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı  ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik  tərtib olunmuşdur. Hesabat dövrü ərzində 10991 nəfər  tibbi müayinədən yararlanmışdır ki, onların da 7270 nəfəri Mərkəzi Xəstəxananın tibbi briqadası tərəfindən müayinə olunmuşdur. Tibbi müayinədən keçənlərin  1748 nəfəri ambulator müalicəyə, 51 nəfər stasionar müalicəyə  cəlb olunmuş, 19 xəstə isə Bakı şəhər və  digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular. 
  Xocavənd rayonunda sakinlərin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə  Mədəniyyət  və  Turizm  Şöbəsi  1 rayon, 6 kənd mədəniyyət evi,  13 kənd kulubu, 1 Rayon  Mərkəzi Kitabxana Sistemi , 5 kitabxana filialı  və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir ki, bu müəssisələrdə 200 nəfər mədəni-maarif işçisi çalışır. 2014-cü ilin 9 ayı ərzində ərzində Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli  adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
2014-ci ilin doqquz ayı ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsini təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, keçən hesabat dövrü Xocavənd gəncləri üçün uğurlu  olmuşdur. Belə ki, 08-09 fevral 2014-cü il tarixdə Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə Şəhidlərin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında 3 idmançı I yerə, 2 nəfər isə II yerə, 26 fevral-5 mart 2014-cü il  tarixlərində Ağcabədi şəhərində keçirilən “Xocalı soyqırımı”na həsr olunmuş Respublika  şahmat turnirində 2 şahmatçı II yerə  layiq görülmüşdür. Xocavənd rayon komandaları “Cəsurlar” hərbi-idman və turizm oyununun  zona birinciliyi və “Şahin” hərbi idman oyununun zona birinciliyində III yer, “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında VII Azərbaycan çempionatının zona seçim turunda I yer, 2014-cü ilin 15-17 mart tarixlərində Bakı şəhərində keçirilən “Hünər” IX Vətənpərvərlik Mahnıları Festivalında Xocavənd rayonunu təmsil edən gənc mahnı ifaçısı isə V yerin sahibi olmuşdur. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həçinin  idmanın müxtəlif  növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda 10 idman klubu fəaliyyətə başlamış və  335 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır.
      2014-cü ilin doqquz ayı ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış təbliğat qrupları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Sakinlərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, yeniyetmə və gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
       Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı  (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq  ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir.Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq  işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
       Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart,  Xocalı, Qaradağlı   soyqırımlarına  və Xocavənd rayonunun işğalının 22-ci ildönümünə həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
       Hər il olduğu kimi bu il də Novruz bayramı, 28 May Respublika Günü və 26 İyun Silahlı Qüvvələr Günü   münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, mədəniyyət evinin ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə  bağlı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə yaradılmış  Dini İşlər üzrə Komissiya hesabat ili ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. 24 iyun 2014-cü il tarixdə  Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri  Kamal Abdullayevin rayon ictimaiyyəti ilə görüşü də bu qəbildəndir. Tədbirdə Azərbaycanda etnik-dini durum,ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki,  rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 727 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 347 nəfərini qadınlar, 343 nəfərini  isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası  vətəndaşlarının  həqiqi  hərbi  xidmətə  çağırılması  haqqında müvafiq  Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında»  qanununa  əsasən  2014-cü ilin doqquz ayı ərzində Respublikanın ərazi bütövlüyünün qorunması və rayonda  həqiqi  hərbi  xidmətə çağırışın  mütəşəkkil  keçirilməsi  təmin edilmişdir. Hesabat dövrü ərzində həqiqi-hərbi xidmətə çağırışın vəziyyəti  aşağıdakı  kimi olmuşdur.  Çağırış yaşlı gənclərin sayı 87 nəfər (2013-cü ilin 9 ayı 86),  o cümlədən  onlardan, həqiqi  hərbi xidmətə  göndərilib 35  nəfər (2013-cü ilin 9 ayı 45), təhsilə  görə  möhlət verilib 25 nəfər (2013-cü ilin 9 ayı 28), əlavə  tibbi müayinəyə  göndərilib 27 nəfər  (2013-cü ilin 9 ayı 13 nəfər).
Hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin yaranmasının  nəticəsində  rayonda davamlı sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd  Rayon  Polis  Şöbəsinin  şəxsi heyəti əvvəlki illərdə olduğu  kimi  2014-cü ilin doqquz ayı  ərzində  də  rayon  ərazisində  cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində müvafiq işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını  yerinə  yetirmişdir. Bunun nəticəsidir ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə Rayon Polis Şöbəsinə daxil olmuş cinayət xarakterli müraciətlərin sayı azalmışdır. 2014-cü ilin 9 ayı  ərzində  Rayon Polis Şöbəsinə  26  cinayət xarakterli müraciət daxil olmuşdur (2013-cü ilin 9 ayı 32).
2014-cü  ilin üçüncü rübü ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq  rayonda  azyaşlılar  arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Hesabat dövründə Polis Şöbəsinin Qeydiyyat Şəxsiyyət  Vəsiqəsi Qrupu tərəfindən 958 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.Onlardan  359  nəfər  16  yaşa  çatmamış, 16 yaşın tamam olması ilə əlaqədar 234  nəfər, 25 yaşın tamam olması ilə əlaqədar 164 nəfər, 35  yaşın tamam olması  ilə  əlaqədar  121 nəfər,  50 yaşın tamam olması ilə əlaqədar 80  nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
2014-cü ilin üçüncü rübü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısını Aparatı  öz işini  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə”-yə uyğun quraraq  bu istiqamətdə  bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2014-cü ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası  Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
  Mövcud təlimatın tələblərinə uyğun olaraq İcra Hakimiyyəti başçısının, onun müavinlərinin, şöbə və sektor müdirlərinin qəbulu günlərinin qrafikini tərtib və təsdiq etdirərək aidiyyəti şöbələrə çatdırmış, hər bir şöbədə qəbul barədə xüsusi kitabın açılması, qəbula gələnlərin xüsusi qeydiyyatının aparılması, işlərin  nomenklaturası hazırlanmış və buna uyğun qovluqların təşkili təmin edilmişdir.
      Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər, şöbə və sektor  müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü  ərzində  Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 73 nəfər(2013-cü ildə 63 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 539 nəfər(2013-cü ildə 475 nəfər), (Aqrar məsələlər üzrə şöbə-73, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-107, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-51, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları  ilə iş şöbəsi-205, Hüquq şöbəsi-58, Memarlıq və tikinti şöbəsi-45) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər  yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
      Rayon  İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 12-si (16,4 %)  işlə təmin olunma, 6-sı (8,2 %)  kənd təsərrüfat  məsələləri, 25-i (34,3 %) mənzil məsələləri, 4-ü(5,5 %) ünvanlı sosial yardım, 2-si( 2,7 %) maddi köməklik, 1-i(1,4 %)  içməli su məsələsi, 1-i(1,4 %) müharibə veteranı adı verilməsi barədə,  1-i ( 1,4 %) ayrı təsərrüfat olma ilə bağlı, 21-i (28,7 %) nəfəri  isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmiş və qaldırılmış problemlərin həll edilməsi  üçün mövcud imkanlardan istifadə olunmuşdur.
      Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki,  üçüncü rüb  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış,  qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada   cavablar  verilmişdir.
     Hesabat  dövrü  ərzində məcburi köçkünlərin məskunlaşdığı  10 rayonda 35 səyyar qəbul  keçirilmişdir. Keçirilmiş  görüşlərdə  ümumilikdə 696 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 64 məsələ barədə müraciətlər olunmuşdur.
     Kollektiv formada 4 müraciət(10 nəfər tərəfindən),fərdi qaydada 31 müraciətlə bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 29 müraciətin  icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
   Yerli icra hakimiyyəti orqanları  qarşısında qaldırılmış 35 müraciətdən 22-si ( yemək   xərci müavinəti məsələləri   ilə bağlı 12, məcburi köckünlük məsələləri ilə bağlı 8, pensiya məsələləri ilə bağlı 1, plastik kartla bağlı-1) öz müsbət  həllini tapmış, Respublikanın müxtəlif ərazilərində tikintisi nəzərdə tutulmuş  qəsəbələrdə evlə təmin olunma ilə bağlı 13 məsələ ilə bağlı  aidiyyəti şöbələr tərəfindən  izahat işləri aparılmışdır.
   İcrası  rayon təşkilatlarına tapşırılmış  29 müraciətdən 27-si ( ünvanlı sosial yardım alınmasına köməklik  barədə 3, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə  köməkliklə bağlı 3, hərbi qeydiyyata alınma ilə bağlı 4, içməli su təchizatı ilə bağlı 8, suvarma suyu ilə bağlı 1, elektrik enerjisi təchizatı barədə 6, telefon çəkilişi ilə bağlı(kollektiv) 1, yaşayış evinin təmirinə köməkliklə bağlı 1)  öz müsbət həllini tapmış,  2 müraciətlə bağlı  aidiyyəti təşkilatlar tərəfindən  izahat işləri aparılmışdır.
        Səyyar qəbullar zamanı qaldırılmış məsələlərin 49-u (76,6 %-i) öz müsbət həllini tapmış,15-i ( 23,4%-i) barədə isə  müvafiq tədbirlər görülmüşdür. 
   Rayon İcra Hakimiyyəti  başçısının 2014-cü ilin  doqquz ayı ərzində  yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış,verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı vətəndaşa və Rayon İcra Hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı  məlumatlar  İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə  göndərilməsi təmin edilmişdir.
       Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınmış,  təlimata uyğun olaraq araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə  nümayəndəliklərinə,  idarə və təşkilat rəhbərlərinə  müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
   2013-cü ilin doqquz ayı  ərzində  İcra Hakimiyyəti Aparatına 231(2012-ci ildə 257) vətəndaş  müraciəti daxil olmuşdursa, 2014-cü ilin müvafiq dövründə  bu rəqəm 170 (bunlardan 18-i təşkilat daxili müraciətlərdir) olmuşdur. Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edir ki, onlardan 16-sı (9,4%) (2013-cü ildə 28-i) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 1-i (0,6%) (2013-cü ildə olmayıb) Milli Məclisdən, 39-u (22,9%) (2013-cü ildə 27-si) Nazirlər Kabinetindən, 12-si (7,1%) (2013-cü ildə 17-si) Mərkəzi İcra orqanlardan və  digər rayonlardan, 102-si (60,0%)  (2013-cü  ildə 159-u) isə birbaşa Xocavənd Rayonu İcra Hakimiyyəti Aparatına daxil olan müraciətlərdir.
  Müraciətlərin 11-i (6,5%)kənd təsərrüfatı (2013-cü ildə 15-i), 10-u (5,9%) təhsil məsələləri(2013-cü ildə 8-i), 1-i (0,6%) mədəniyyət məsələləri(2013-cü ildə 3-ü), 74-ü (43,5%) əmək və  əhalinin sosial müdafiəsi (2013-cü ildə 80-i),
1-i (0,6%) istilik təchizatı məsələləri(2013-cü ildə olmayıb), 29-u (17,0%) mənzil məsələləri(2013-cü ildə 31-i), 3-ü (1,8%) hüquq məsələləri(2013-cü ildə 18-i), 19-u (11,2%) ailə və məişət(2013-cü ildə 56-sı),  22-si (12,9%)(2013-cü ildə 20-si)  isə bu və ya digər məsələlərlə bağlı olmuşdur.
   2014-ci ilin doqquz ayı  ərzində Rayon İcra Hakimiyyəti  Aparatının rəsmi saytına  (www.xocavend-ih.gov.az) iki   müraciət daxil olmuşdur. 
Rayon İcra hakimiyyəti başçısı Aparatına daxil olan müraciətlərin 87,7 faizini(149)ərizələr, 12,3 faizini(21)şikayətlər(2013-cü ilin müvafiq dövrü ərzində  müraciətlərin 89,6 faizini(207)ərizələr, 10,4 faizini(24) şikayətlər)  təşkil etmişdir ki, bu müraciətlərdən  58,2 faizi (99 müraciət) müsbət həll edilmiş,4,7 faizi (8 müraciət) qismən həll edilmiş, 29,4 faizi (50 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 7,1 faizi (12 müraciət)  əsassız sayılmış, 0,6 faizi (1 müraciət)  isə icradadır.
       Aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki,  müraciətlərin sayı  2012-ci ilin doqquz ayı ilə müqayisədə  33,9%, 2013-cü ilin doqquz ayı  ilə müqayisədə  isə 26,4 faiz azalmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanmış müraciətlərin sayı 2013-cü ilin müvafiq dövrü ilə müqaisədə 42,9% azalmışdır.
    Hər bir rübün sonunda səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası,  həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və  görülmüş işlərlə bağlı İcra Hakimiyyəti başçısına  məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 26.02.2014-cü il tarixli 05 saylı Şura yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri ” ilə bağlı hesabat və təhlil  xarakterli yazısından irəli  gələn vəzifələr və 2013-cü  il ərzində Xocavənd RİHB  Aparatına,  qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş vətəndaş müraciətlərinə baxılma vəziyyəti barədə və  31.03. 2014-cu il tarixli 07 saylı Şura yığıncağında  isə Rayon İcra Hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar qəbulların təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti barədə məsələlər müzakirəyə çıxarılaraq  mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, icra nümayəndəliklərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
  2014-cü ilin doqquz ayı  ərzində Rayon İcra Hakimiyyəti  Aparatına 270  xidməti sənəd daxil  olmuşdur ki, bunlardan 14-ü Azərbaycan  Respublikasının qanunları, 28-i Azərbaycan  Respublikası  Prezidentinin  fərman və   sərəncamları, 1-i Azərbaycan  Respublikası  Prezident Administrasiyasının rəhbərinin sərəncamı, 27-si Prezident Administrasiyasından daxil olmuş xidməti sənədlər, 32-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, 1-i Milli Məclisdən daxil olan xidməti sənəd, 54-ü Nazirlər Kabinetindən daxil olan  xidməti sənədlər, 105-i Respublikanın Mərkəzi İcra orqanlarından və təşkilatlarından daxil olmuş xidməti sənədlər, 8-i rayonun idarə, müəssisə və təşkilatlarından  daxil olmuş xidməti sənədlərdir.  Daxil olmuş xidməti sənədlər “Azərbaycan  Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçılarının aparatında sənədlərlə iş barədə təlimat”a uyğun olaraq icra edilmiş, görülmüş işlərlə bağlı Rayon  İcra Hakimiyyəti başçısına mütəmadi olaraq məlumat verilmişdir.
Hesabat dövrü ərzində  Rayon İcra Hakimiyyəti  Başçısı tərəfindən 65 sərəncam və 127 əmr  verilmişdir. Bu sərəncam və əmrlər Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və onların qəbul  etdiyi  normativ aktlara uyğun olaraq hazırlanmış və icrasına nəzarət olunmuşdur. Bu sərəncamlardan 3-ü dövlət proqramının icrası, 3-ü mənzil məsələləri, 13-ü kənd təsərrüfatı məsələləri, 19-u mədəni kütləvi tədbirlər, 2-si  hesabat yığıncağından irəli gələn məsələlər, 3-ü hərbi çağırış, 3-ü maddi yardımla bağlı, 5-i nikah yaşının azaldılması, 3-ü  mükafatlandırma və 11-i isə digər məsələlərlə bağlı verilmiş sərəncamlardır. Verilmiş  sərəncamların icrasına aidiyyəti şöbələr tərəfindən nəzarət olunmuş, icranın nəticəsi  ilə bağlı İcra Başçısının adına arayış tərtib edilmişdir.
       Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli  əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2014-cü ilin doqquz ayı   ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş  Şura  iclaslarında  28 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 32 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə  müzakirə edilərək  müvafiq  qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və  icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir.  Hesabat dövrü ərzində  Şuranın 2 səyyar iclası keçirilmiş və iclasda 3 məsələ müzakirə edilmişdir.
         Ötən doqquz ay ərzində müxtəlif mövzularda 26 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 6526 nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
Cari ilin doqquz ayında Xocavənd rayonunun azərbaycanlı əhalisi artaraq 01.10.2014-cü il tarixə  11814  (on bir min səkkiz yüz on dörd) nəfər olmuşdur. Rayon ərazisi işğal altında olduğu üçün sakinlərimiz Respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd“, “Yeni Tuğ”,“Xocavənd”, “Qaradağlı”, Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində” kompakt şəkildə məskunlaşmışlar.Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1199 ailə olmaqla 4731 nəfər, Ağcabədi rayonu ərazisində 519 ailə 2104 nəfər, Sumqayıt şəhəri üzrə 113  ailə 456 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 855 ailə 3302 nəfər və Respublikanın digər şəhər və rayonlarında 278 ailə 1221 nəfərdir. Rayon əhalisinin 159 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
2014-cü ilin üçüncü  rübü ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 148 nəfər (2013-ci ilin üçüncü rübü ərzində 136), vəfat edən vətəndaşların sayı isə 44 nəfər (2013-ci ilin üçüncü rübü ərzində 53) olmuşdur. Əhalinin təbii artımı 104 nəfər təşkil edir. Doqquz ay ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 188 nəfər (2013-ci ilin üçüncü rübü  ərzində 148), ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 36 nəfər (2013-cü ilin üçüncü  rübü ərzində 69) təşkil etmişdir. Əhalinin miqrasiya artımı 152 nəfər olmuşdur. 2014-cü ilin doqquz ayı  ərzində Xocavənd rayonu üzrə 22 ailə (2013-cü ilin üçüncü rübü ərzində 36) arasında rəsmi nigah bağlanmış  və 14 nigahın (2013-cü ilin üçüncü rübü ərzində 20) pozulması qeydə alınmışdır.
2014-cü ilin doqquz ayı ərzində informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Tələb olunan  zəruri məlumatlar  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və Statistika İdarəsi ilə birlikdə təhlil edildikdən sonra Mərkəzi Serverə göndərilmişdir. Hesabat dövrü ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının 2014-cü ilin III rübünün yekunlarına dair aylıq və rüblük hesabatlar toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Məlumatlarda aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və növbəti dövr üçün işin təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti şöbələrin rəhbərləri ilə mütəmadi qaydada iş aparılmışdır. Qazanılmış müsbət tendensiya  davam etdiriləcək, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha  yaxşı qurulması  üçün mütəmadi qaydada  tədbirlərin həyata keçirilməsi təmin olunacaqdır. 
         Xocavənd rayon ictimaiyyəti 2014-cü ilin doqquz ayı ərzində qarşıya qoyulan vəzifələrin icrası, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri  ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla yanaşı bəzi nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun vətənpərvər, zəhmətkeş və əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda şanlı tariximizin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.  
Xocavənd sakinləri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın  daha da  çiçəklənməsi və qüdrətlənməsi naminəsəylərini daha da artıracaqlar.       

 

Keçidlər