Beyləqan rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi önündə xidmətini başa vuran əsgərlərin yola salınması münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr tarixli sərəncamının icrasına başlanıb. Bu məqsədlə Beyləqan rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi önündə xidmətini başa vuran əsgərlərin yola salınması və gənc əsgərlərin hərbi xidmətə qəbuluna həsr olunmuş təntənəli mərasim keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdən sonra, hərbi hissənin zabiti Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik-müraciətini şəxsi heyətə çatdırdı. Tədbirdə iştirak edən Xocavənd rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov Vətənin etibarlı müdafiəsində fəal iştirak etmiş döyüşçülərə rayon rəhbərliyi və ictimaiyyət adından minətdarlığını bildirdi və hərbi xidmətini başa vurmuş bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdi. Daha sonra Sonra hərbi hissə komandiri çıxış edərək hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularını bildirdi.