Şriftin ölçüsü :

Saytın rəngi :

18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

18 oktyabr 2024 | 15:17
18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyətində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa keçirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müstəqilliyimizə həsr olunmuş video-rolik nümayiş olunub. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətini başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatıın sədri Vüsal Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Asim Rüstəm və digərləri Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün şanlı tarixindən söz açdılar. Qeyd olunub ki, Oktyabrın 18-i Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış bir gündür. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Vurğulanıb ki, bu gün xalqımız Müstəqilliyin Bərpası Gününü xüsusi əhval-ruhiyyədə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi, yarımçıq qalmış işlərimiz tamamlandı. Artıq xalqımız üçün çətin, ağrılı günlər keçmişdə qalıb. Bu gün min bir zəhmətlə, şərəflə qazandığımız uğurların sevincini yaşayırıq.
Müstəqilliyimiz daim olsun!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Keçidlər