Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Polisinin yaranmasının 94 illiyi qeyd edilmişdir

03 iyul 2012 | 15:00

02 iyul 2012-ci il tarixdə Xocavənd rayonunda polis işçilərinin peşə bayramı günü və Azərbaycan Polisinin yaranmasının 94 –cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümunmmilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Rayon İcra Hakimiyyəti Aparatının geniş ak zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş polis əməkdaşlarının və eləcə də bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra tədbiri giriş sözü ilə Xocavənd RPŞ-nin rəisi, polkovnik Hüseyn Qarayev açaraq peşə bayramları münasibəti şəxsi heyəti təbrik etdi Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov çıxış edərək peşə bayramı münasibətilə polis işçilərini təbrik edərək, Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunçuluğumuzun keşiyində sayıq dayandığını, vətəndaşların hüquqlarının qorunmasında ictimai asayişin möhkəmləndrilməsində əvəzsiz xidmətləri olduğunu xüsusi olaraq vurğuladı. Rayon İcra Hakimiyyətinin Başçısı qeyd etdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitliyin sarsılmaz təməlləri üzərində milli yüksəliş xətti davam edir.
Sonda Xidmətdə fərqlənən bir qrup polis işçisinə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının xatirə hədiyyələri və fəxri fərmanları təqdim olunub. Həmçinin xidmətdə fərqlənənlər Polis Şöbəsi tərəfindən də mükafatlandırılmışlar.
 

Keçidlər