Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir.
04 oktyabr 2014 | 15:00
04 oktyabr 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin İnzibati binasının akt zalında Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik etmiş və onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulamışdır. Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə fərqələnən müəllimlər Başçının Fəxri Fərmanları və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.