Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “4-cü Beynəlxalq Akademik Tibb və tarix Konfransı” keçirilmişdir.

25 oktyabr 2014 | 15:00

24-25 oktyabr 2014-cü il tarixlərdə Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyə Gastreonteroloji Vakfı tərəfindən mərkəzi Xocavənd rayonu olmaqla yaxın rayonların (Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan, Xocalı) həkimlərinin iştirakı ilə “4-cü Beynəlxalq Akademik Tibb və tarix Konfransı” keçirilmişdir. Konfransın əsas məqsədi Qarabağ bölgəsi həkimlərinin gastreonteroloji, ağciyər, böyrək xəstəlikləri məsələləri ilə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsinin aparılması eyni zamanda gələn nüfuzlu qonaqların Respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq quruculuq işləri, Qarabağ  bölgəsinin tarixi və adət-ənənələrini öyrənməkdən ibarət olmuşdur. Konfransda rayon ictimaiyyəti nümayəndələri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri  Qafar  Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat  Şurasının  sədri  Əflatun  Amaşov, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Türkiyə Respublikasından dəvət olunmuş  alim-uzman həkimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.  Konfransın ilk günündə Türkiyənin Ankara, İstanbul, İzmir şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə region həkimləri arasında təcrübə mübadiləsi aparılmış və gastreonteroloji, ağciyər, böyrək xəstəliklərinin müalicəsi zamanı tətbiq olunan ən yeni tibbi metodlardan söhbət açılmışdır.  Konfransın  ikinci günü isə  iştirakçılara  Qarabağ  bölgəsinin tarixi və adət-ənənələrini haqqında ətraflı məlumatlar  verilmiş və 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilmiş “Ya Qarabağ, ya ölüm” filmi nümayiş etdirilmişdir.

Keçidlər