Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağın səssiz fəryadı” adlı 5 hissədən ibarət sənədli film çəkmək məqsədilə “PRD Yapım” film şirkətinin əməkdaşları Xocavənd rayonunda səfərdə olmuşlar.

24 oktyabr 2014 | 15:00

24-25 oktyabr 2014-cü il tarixlərdə Türkiyənin “TRT Avaz”  televiziya kanalının sifarişi ilə “Qarabağın səssiz fəryadı” adlı 5 hissədən ibarət sənədli film çəkmək məqsədilə “PRD Yapım” film şirkətinin əməkdaşları - rejissor Savaş Bozkaya, ssenarist Aydoğan Yüce və operator Ayaz Bilgiçə  Xocavənd rayonunda səfərdə olmuşlar. Səfər zamanı “PRD Yapım” film şirkətinin əməkdaşları rayonun Nərgiztəpə ərazisində, həmçinin Xocavənd qəsəbəsində məskunlaşmış şəhid ailələri, qarabağ müharibəsi əlilləri, müharibə zamanı ermənilər tərəfindən əsir götürülmüş Qaradağlı kənd sakinləri ilə görüşlər keçirmiş və “Qarabağın səssiz fəryadı” adlı sənədli filmin çəklişlərini aparmışlar.
 

Keçidlər