Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir.

08 noyabr 2014 | 16:00

08 noyabr 2014-cü il tarixdə  Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocavənd rayonu “ Xocavənd” qəsəbəsi , Bayraq Meydanında Azərbaycanın Dövlət Bayrağı Gününə həsr edilmiş  bayram tədbiri keçirilmişdir. Tədbirdə  dövlət bayrağının hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunduğu vurğulanmış, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəblilərin və  rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir rayon ümumtəhsil müəssisələrinin, musiqi məktəbinin və Rayon Mədəniyyət evinin hazırladığı maraqlı bayram proqramı ilə davam etmişdir.

Keçidlər