Azərbaycan Respublikası Konstitusiyası günü münasibəti ilə tədbir keçirilmişdir.
12 noyabr 2014-cü il tarixdə Konstitusiya Günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin akt zalında rayon ictimaiyyəti nümayəndələrinin və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbir Azəbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuş və Konstitusiyanın qəbul tarixi ilə bağlı film nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Başçının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva müstəqil Azərbaycanın əsas qanunu –Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik edərək, bu hadisənin də Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri olduğunu qeyd etdi. Tədbirdə çıxış edən ziyalılar və gənclər 12 Noyabr 1995-ci ilin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğulamışlar. Həmin gün bəşər tarixində ilk dəfə olaraq müstəqil, suveren Azərbaycan xalqının öz Konstitusiyasını qəbul etdiyini bildirən natiqlər bu aktın hüquqi dövlət quruculuğunun təməli olduğunu qeyd etmişlər və bu sənədin təkcə 9 milyonluq Müstəqil Azərbaycan Respublikasının yox, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti kimi qiymətləndirmişlər.