Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonu Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

20 noyabr 2014 | 16:00

19 noyabr  2014-cü il tarixdə Ağcabədi rayonu ərazisində salınmış 556 ailəlik yeni qəsəbənin Mədəniyyət evində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocavənd rayonu Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 23-ci ildönümünə və 20 noyabr 1991-ci il tarixdə rayonun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulmuş vertolyotda şəhid olmuş Azərbaycanın yüksək rütbəli dövlət adamlarının və bir qrup ziyalılarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə mərasim iştirakçıları Ağcabədi şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin qəbirləri üzərinə tər güllər və əklillər qoydular.  Sonra tədbir Xocavənd qəsəbəsində yerləşən Mədəniyyət evində davam etdirildi. Tədbiri Xocavənd rayon Xocavənd kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi İltifat İbrahimov giriş nitqi ilə açıq elan etdi və Şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva Xocavənd kəndinin işğalı və 20 noyabr 1991-ci il tarixdə rayonun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulmuş vertolyot hadisəsi ilə bağlı öz təəssüratlarını bölüşdü və erməni qəsbkarlarının təcavüzünü  pislədi. Xocavəndlilərin Qarabağ savaşında öndə dayandıqlarını və bu yolda sona qədər mübarizə apardıqlarını qeyd edən natiq hər zaman döyüşə hazır oduqlarını və  Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə Xocavəndə qayıdacağımız günün uzaqda olmadığını vurğuladı. Tədbir Xocavənd kənd 1 saylı tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı. 

Keçidlər