Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissənin yaranmasının 21 illiyi münasibətilə tədbir keçirilmişdir.
Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissənin yaranmasının 21 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etmək gücündə olduğunu bildirilmişdir. Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Digər tərəfdən, hər bir əsgərin arxasında Azərbaycan xaqı durur, hər bir əsgər öz doğma Vətənini müdafiə etmək üçün ordu sıralarına gedir və onların hər bir uğurlu addımı Azərbaycan Respublikasının müstəqilliyinə, ərazi bütövlüyünə və ümumi qələbəmizə kömək edəcəkdir.
Tədbirdə digər çıxış edənlər Azərbaycan ordusunun Ali Baş Komandanın əmrilə döyüş başlanacağı təqdirdə, daim silaha sarılmağa hazır olduğunu bildirmişlər.
Hərbi hissəyə Rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələrin təqdim edildiyi tədbir konsert proqramı ilə davam etmişdir.