19-20 dekabr 2022-ci il tarixlərində Yerli icra hakimiyyətlərinin gender məsul şəxsləri üçün təlimlər keçirilir.
20 dekabr 2022 | 16:04
Yerli icra hakimiyyətlərinin gender məsul şəxsləri üçün təlimlər keçirilir.
19-20 dekabr 2022-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlimlər keçirir.
Təlimlərdə yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri kimi icra hakimiyyəti başçılarının müavinləri iştirak edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edərək təlimlərin keçirilmə məqsədi və əhəmiyyəti haqqında danışıb. O, gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərliyinin təmin edilməsində məsul şəxslərin vəzifələrini qeyd edib və “genderazerbaijan.com” portalı haqqında məlumat verib.
Avropa İttifaqı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova və layihə üzrə mütəxəssis Günel Mehdiyeva həyata keçirilən bu kimi layihələrin gender məsul şəxslər üçün əhəmiyyətini vurğulayıblar.
Daha sonra gender məsələləri üzrə mütəxəssis Şəhla İsmayılın təqdimatı ilə təlim davam edib.