Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda YAP-ın yaradılmasının 22 illiyi qeyd olunub.

21 noyabr 2014 | 16:00

 Xocavənd rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. YAP Xocavənd Rayon Təşkilatının İdarə Heyəti üzvləri  Ümummilli Lider Heydər Əliyevin  büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.  Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri  Məhəmmədəli  Bayramov qeyd etdi ki, yaradılmasının 22-ci illiyini qeyd edən Yeni Azərbaycan partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib. 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Heydər Əliyevin qeyd etdiyi kimi - “Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”.
  Tədbirdə çıxış edənlər  Ümümmilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd ediblər. Bildirilib ki, bu gün Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı dünya miqyasında nüfuzlu söz sahibinə çevirib. Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbacanın dünyanın ən sürətlə inkişaf edən ölkələr sırasında yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır

Keçidlər