Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini qəbul etmişdir.

02 dekabr 2014 | 16:00

02 dekabar  2014-cü il tarixdə   Xocavənd Rayon  İcra Hakimiyyətinin başçısı Eyvaz  Hüseynov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberqi qoşunların  təmas xəttində keçiriləcək monitorinqdən  öncə  qəbul etmişdir.  Görüş  zamanı  Eyvaz Hüseynov  bildirmişdir ki, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin  qeyd-şərtsiz çıxarılması ilə bağlı  BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884) qəbul edib. Bu qətnamələrin 20 ildən artıq qəbul edilməsinə baxmayaraq,  Ermənistanın dövlət rəhbərləri bu sənədə məhəl qoymurlar. Bundan başqa digər beynəlxalq qurumlar da qəbul etdikləri qətnamələrlə Ermənistanın işğalçı dövlət olduğunu  rəsmən təsdiqləyiblər.  Məsələn, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamədə  vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Amma Ermənistan nəinki Avropa Şurası və BMT-nin qətnamələrini yerinə yetirmir, hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nda seçkilər də keçirir. Əslində, BMT-nin  qətnamələri məcburi xarakter daşımalıdır. Başqa dövlətin ərazisinə müdaxilə edən, torpaqlar işğal edən  belə ölkəyə qarşı ciddi tədbirlər görülməməsi beynəlxalq qurumlara qarşı haqlı olaraq inamsızlıq yaradıb. Başçı həmçinin təmas xəttində  mütəmadi olaraq atəşkəsin pozulmasından, avqust ayının 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələrinin hücumu nəticəsində Xocavənd rayon sakini Quliyev Sənan Qeyrət oğlunun  şəhid olmasından söhbət açmışdır.

Keçidlər