Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin və gənc ifaçıların Xocavəndli məcburi köçkünlərlə yaradıcılıq görüşü keçirilmişdir.
04 dekabr 2014-cü il tarixdə Xocavənd qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin və gənc ifaçıların Xocavəndli məcburi köçkünlərlə yaradıcılıq görüşü keçirilmişdir. Görüşün əsas məqsədi gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olmasını və bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsini təmin etmək idi. Tədbirdə Azərbaycanın Xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Azad Şükürov, Teyyub Aslanov, müğənnilər Zakir Əliyev, Solmaz Kosayeva, Vüsalə Əsgərova, şair Maarif Soltan, musiqiçilər Altay Niftəliyev və Araz Ağaverdiyevin ifasında muğam, rəqs və poeziya nümunələri xocavəndlilər tərəfindən böyük maraqla qarşılanmışdır.