Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilmişdir.

19 dekabr 2014 | 16:00

18 dekabr 2014-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə  təşkilatçılığı ilə Hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılamaq məqsədilə Xocavənd qəsəbəsində   qanvermə aksiyası keçirilmişdir.  Aksiyada iştirak edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynov rayon sakinləri ilə bərabər qan vermişdir. Başçı çıxış edərək hemofiliya, talassemiya və leykimiya xəstəliklərindən əziyyət çəkənlərə kömək etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirmişdir.  Aksiyada 300 nəfərə yaxın rayon sakini  iştirak etmişdir.

Keçidlər